ABŞ-ın dövlət borcu REKORD HƏDDƏ
11 iyun 2020 16:30 (UTC +04:00)

ABŞ-ın dövlət borcu REKORD HƏDDƏ


ABŞ-ın dövlət borcu rekord həddə çataraq 26,003 trln. dolları ötüb.

"APA-Economics" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Təkcə may ayı ərzində ölkənin dövlət borcu 1 trln. dollar artıb. ABŞ-ın keçmiş Maliyyə naziri Henri Polson bildirib ki, dövlət borcunun belə nəzarətsiz şəkildə artması ABŞ dollarının dünyanın əsas ehtiyat valyutası statusunu sarsıda bilər.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozuna görə, ABŞ-ın dövlət borcu 2020-ci ildə ölkə ÜDM-nin 131,1%-dək artacaq.

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 6,5% azalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4195
avatar

Oxşar yazılar