ABŞ-da koronavirusa yoluxanların sayı 14631-ə, ölənlərin sayı isə 210 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Johns Hopkins Universiteti Ümumdünya Səhiyyə Təşkilatının və digər rəsmi mənbələrin məlumatlarına əsaslanaraq açıqlama yayıb.
Bildirilib ki, ilkin mərhələdə yoluxma hallarının 50% -dən çoxu Vaşinqton, Kaliforniya və Nyu-York ştatlarında qeydə alınıb.