ABŞ-da 54 milyondan çox insan qida çatışmazlığı ilə üzləşə bilər
28 oktyabr 2020 11:34 (UTC +04:00)

ABŞ-da 54 milyondan çox insan qida çatışmazlığı ilə üzləşə bilər

ABŞ hökuməti tərəfindən rekord həcmdə maddi yardımın ayrılmasına baxmayaraq, amerikalı fermerlər aclıq çəkməyə başlayıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkədə 54 milyondan çox insan qida çatışmazlığı ilə qarşılaşa bilər.

ABŞ Prezidenti Donald Tramp bu ilin iyun ayından bəri kənd təsərrüfatı sektoruna 18 mlrd. dollar yönəldib, lakin maliyyənin böyük hissəsi kiçik təsərrüfatlara deyil, böyük təsərrüfatlara yönəldilib. "Justicia Crusaders" ərzaq yardımı təşkilatı əvvəlki kimi ildə 125 ailə deyil, 3 min ailəyə xidmət göstərir.

Vəziyyət ərzaq məhsullarının bahalaşması ilə mürəkkəbləşir. Belə ki, iyun ayında ABŞ-da çörək 20%, ət isə 17% bahalaşıb.

Aclıq çəkən insanların sayında artım ilk növbədə, Vermont, Qərbi Virciniya və Şimali Dakotada qeyd alınıb. Bu ştatlarda ərzaq çatışmazlığından əziyyət çəkən respondentlərin sayı 50% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar