ABŞ SEPAH-ın briqada generalına qarşı sanksiya tətbiq edib
18 yanvar 2020 05:18 (UTC +04:00)

ABŞ SEPAH-ın briqada generalına qarşı sanksiya tətbiq edib

 

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brayan Huk jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ SEPAH-ın briqada generalı Həsən Şavapurun adını viza sanksiyaları siyahısına daxil edib. General Şavapur etirazçılara qarşı insan hüquqlarını kobud şəkildə pozub”, - Huk belə deyib.

Huk əlavə edib ki, İran hərbi qüvvələri “keçən ilin noyabr ayında Maşar bölgəsində 148 köməksiz iranlıya qarşı qətliam törətdiyinə görə məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti xüsusi yaradılmış kanal vasitəsilə İran xalqından sanksiyalar siyahısına daxil edilməli olan 88 mindən çox təklif alıb.

“İran xalqından aldığımız bütün məlumatları nəzərdən keçirməyə və daha çox İran rəsmisini insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməyə davam edəcəyik”, - deyə Huk qeyd edib.

# 1002
avatar

Oxşar yazılar

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31