Meksikada Müqəddəs Valentin günü münasibəti ilə kütləvi nikah mərasimi keçirilib.
Lent.az-ın xəbərinə görə, mərasim paytaxt Mexikoda baş tutub. Müxtəlif əhali qruplarına məxsus 660 cütlüyün nikah mərasimi dövlət qurumları və kilsənin nümayəndələrinin iştirakı ilə baş tutub. Nikaha daxil olan ən yaşlı kişinin 74 yaşı olub.
Qeyd edək ki, bu tip mərasimlər Meksikada 2013-cü ildən bəri keçirilir. Bu zaman ailə quran şəxslərin nikahı rüsumsuz sənədləşdirilir.