60 il sonra varlı ailədən  olduğunu öyrəndi - HƏYATIN SÜRPRİZİ
28 oktyabr 2025 12:09 (UTC +04:00)

60 il sonra varlı ailədən olduğunu öyrəndi - HƏYATIN SÜRPRİZİ

0

Yaponiyada yaşlı yük maşını sürücüsü on illər sonra əslində varlı bir iş adamının oğlu olduğunu öyrənib.

Lent.az xarici mediaya istinadla bildirir ki, şok fakt varlı kişinin iki oğlunun böyük qardaşları ilə aralarında yaranmış mübahisədən sonra üzə çıxıb. Böyük qardaş xəstə ataya qulluq etməyi vəd edərək mirasın bir hissəsini götürsə də, az sonra onu qocalar evinə yerləşdirib. Bundan sonra qardaşlar mərhum analarının sözlərini xatırlayıblar: o, doğuş zamanı uşaqlardan birinin qarışdırıla biləcəyinə şübhə edirmiş. Anaları deyirmiş ki, körpəni yuyandan sonra onu tamam başqa pelenkada geri gətiriblər.

Qardaşlar böyük qardaşın siqaret kötüyünü taparaq DNT-analizinə veriblər. Test təsdiqləyib ki, hazırki böyük qardaşları onlarla qohum deyil. Daha sonra ailə müəyyənləşdirib ki, 1953-cü ildə Tokiodakı “San-ikukai” xəstəxanasında həqiqətən qarışıqlıq baş verib. Əsl ilk övlad isə bütün həyatını yoxsulluq içində yaşamış 60 yaşlı yük maşını sürücüsü imiş.

Tibb personalının səhvi səbəbindən varlı ailədə doğulmuş uşaq elektrik olmayan bir evdə böyüyüb və uşaqlıqdan dolanmaq üçün işləməyə məcbur qalıb. Tokio məhkəməsi xəstəxananı həmin taleyüklü qarışıqlığa görə kişiyə 38 milyon yen (təxminən 429 min manat) məbləğində kompensasiya ödəməyə məcbur edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar