60 gündən çoxdur donuz böyrəyi ilə  yaşayır
27 dekabr 2025 13:44 (UTC +04:00)

60 gündən çoxdur donuz böyrəyi ilə yaşayır

0

Donuz böyrəklərinin transplantasiyası gələcəkdə insan orqanlarının köçürülməsini əvəz edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ-ın Langone Health tibb mərkəzinin direktoru və cərrah Robert Montqomeri deyib. Onun sözlərinə görə, donuzların genetik modifikasiyası sahəsində əldə olunan irəliləyişlər orqanların rədd edilmə riskini azaltmağa və onların keyfiyyətini mərhələli şəkildə yaxşılaşdırmağa imkan verir.

Montqomeri həmçinin vurğulayıb ki, donuz böyrəkləri perspektivdə insan böyrəklərindən belə üstün ola bilər, çünki onları davamlı şəkildə təkmilləşdirmək mümkündür, halbuki insan orqanları üçün bu imkan mövcud deyil.

Montqomeri bildirib ki, ilk eksperimental transplantasiya artıq həyata keçirilib, növbəti əməliyyat isə yanvar ayına planlaşdırılır. Əgər ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) müvafiq icazə versə, sınaqların sayı 44-ə çatdırılacaq ki, daha çox pasiyent rədd edilmə ehtimalı aşağı olan genetik modifikasiya edilmiş orqanlar ala bilsin.

Bundan əvvəl Tovana Luni adlı pasiyent donuz böyrəyinin köçürülməsindən sonra 60 gündən çox yaşayıb və bu, rekord göstərici hesab olunur. Həkimlərin sözlərinə görə, onun səhhəti ilə bağlı proqnoz ümidvericidir.

Qeyd olunur ki, indiyədək ABŞ-da dörd nəfərə donuz orqanlarının eksperimental transplantasiyası aparılıb. İki ürək və iki böyrək köçürülən həmin şəxslər iki aydan artıq yaşaya bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar