4 minədək sakin meşə yanğınlarına görə evlərini tərk etdi
13 avqust 2020 03:40 (UTC +04:00)

4 minədək sakin meşə yanğınlarına görə evlərini tərk etdi

 

Kanadanın Ontario əyalətində Red-Leyk yaşayış məntəqəsinin təxminən 3,8 min sakini meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CTV” telekanalı şəhər meri Fred Mota istinadən məlumat yayıb.

Sakinlərin bir qismi təyyarə ilə yaxınlıqdakı yaşayış məntəqələrinə daşınıb. Ümumilikdə Red-Leykdə təxminən 4,1 min insan yaşayır. Yanğınlar nəticəsində dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Regionun yanğındanmühafizə xidmətinin məlumatına görə, meşə yanğınları hələ də şəhər yaxınlığında sürətlə davam edir. Müşahidə olunan külək isə yanğını yaşayış məntəqəsinə doğru istiqamətləndirir. Yanğın hazırda 750 hektar sahəni əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2332
avatar

Oxşar yazılar