36 yaşlı kişi eyni anda 3 xəstəliyə  yoluxdu
24 avqust 2022 22:02 (UTC +04:00)

36 yaşlı kişi eyni anda 3 xəstəliyə yoluxdu

Sicilya adası sakini eyni zamanda Covid-19, meymunçiçəyi və VİÇ infeksiyasına yoluxub. 

Lent.az xəbər verir ki, bu barədə “Palermo Today” nəşri məlumat yayıb.

Ötən ay İspaniyadan qayıdan 36 yaşlı Palermo sakini özündə koronavirusun əlamətlərini hiss etdiyi üçün həkimə müraciət edib. Eyni zamanda onun bədənində səpkilər yaranıb. Müayinə zamanı onun VİÇ infeksiyasına da yoluxduğu aşkara çıxıb.

Hazırda pasientin vəziyyəti barədə məlumat verilmir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar