2022-ci ildə dünyada hərbi xərclər bu qədər olub
24 aprel 2023 03:03 (UTC +04:00)

2022-ci ildə dünyada hərbi xərclər bu qədər olub

2022-ci ildə qlobal hərbi xərclər real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb. 
Lent.az-ın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Ən çox hərbi xərcləri olan ölkələr ABŞ, Çin və Rusiyadır. Dünyadakı hərbi xərclərin ümumi həcminin 56%-i bu 3 ölkənin payına düşür. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkiz il ardıcıl davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.

Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ukraynaya hərbi yardım və Rusiya təhlükəsi ilə bağlı narahatlıqlar Avropa ölkələrini hərbi büdcələrini artırmağa vadar edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar