Estoniya dəyəri 16 milyon avrodan çox olan 870,000 dozadan çox vaxtı keçmiş koronavirus peyvəndini atmağa məcbur olub.
Lent.az xəbər verir ki, bu barədə Estoniya dövlət televiziya və radio portalı ERR məlumat yayıb.
"Avqustun 7-nə olan məlumata görə, 871,8 min doza vaxtı keçmiş COVID-19 vaksini məhv edilib. Utilizasiya ediləcək preparatların ümumi dəyəri 16 milyon avronu keçib", - hesabatda deyilir.
Yararsız peyvəndin silinməsi və məhv edilməsi davam edəcək. Portal qeyd edir ki, anbarlarda vaxtı keçmiş daha 584,5 min doza saxlanılır. Utilizasiya ediləcək peyvəndlərin ümumi dəyəri 20 milyon avronu keçir.