Sudanın Darfur regionunda qəbilələrarası toqquşma insan tələfatı ilə nəticələnib.
Lent.az-ın xəbərinə görə, ərəb əsilli və Afrika əsilli 2 tayda arasında qarşıdurma 50-dək insanın ölümü ilə nəticələnib.
Ölənlər arasında qadınlar və uşaqlar da var. Yerli idarəetmə orqanlarının məlumatına görə, 3 gün əvvəl bu tayfalar arasında toqquşma 15 nəfərin ölümü ilə nəticələnmişdi. Xəstəxanadakı mənbələr 20-dən çox adamın yaralandığını bildirirlər.