2 il komada qalan 50 yaşlı qadın oyandı və təcavüzkarı tanıdı - QARDAŞI İMİŞ
26 iyul 2022 08:25 (UTC +04:00)

2 il komada qalan 50 yaşlı qadın oyandı və təcavüzkarı tanıdı - QARDAŞI İMİŞ

0

İki il komada qalan 50 yaşlı qadın oyanıb.

Lent.az xəbər verir ki, 2020- ci ilin iyununda yaşlı qadın hücuma məruz qalıb. Qadına soyuq silahla bədənin müxtəlif yerlərindən kəsici-deşici alətlə zərbələr endirilib. Aldığı zərbələrdən huşunu itirən qadın polis əməkdaşlarının köməyi ilə xəstəxanaya yerləşdirilib. İki il komada qalan qadın nəhayət gözlərini açıb və onu bıçaqlayanın əlamətlərini deyib. Bu şəxs onun elə doğmaca qardaşı imiş.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 55 yaşlı qardaşı Daniel həbs edilib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2924

Oxşar yazılar