ABŞ-da 10 yaşlı qız ən yaxın dostu ilə evlənib və toydan 12 gün sonra leykemiyadan ölüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Şimali Karolinada baş verib.
10 yaşlı Emma Edvards uzun müddət ağır xəstəliklə mübarizə aparıb. O, Daniel adlı oğlan dostu ilə böyüyəndə evlənmək və üç uşaq dünyaya gətirmək arzusunda idilər. Lakin təəssüf ki, iyunun sonunda həkimlər valideynlərinə qızı xilas edə bilməyəcəklərini bildiriblər.
Sonra valideynlər Emmanın əziz arzusunu yerinə yetirmək və onlar üçün toy təşkil etmək qərarına gəliblər. Mərasim qızın nənəsinin evində keçirilib. Emmanın atası onu zala gətirib. Emma özü çox zəif idi və yalnız əlil arabasında hərəkət edə bilirdi. Toyda 100-ə yaxın qonaq iştirak edib.
Qız toydan 12 gün sonra dünyasını dəyişib.