Orta Şərq dəyişir, Vaşinqtonla Tehran “döyüşür”
BMT Baş Assambleyasının 66-cı toplantısında beynəlxalq ictimaiyyəti yalnız Afrikanın şimalındakı dəyişikliklər, Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasın Fələstinin müstəqilliyi ilə bağlı ərizənin qurumun baş katibinə təqdim etməsi deyil, eyni zamanda İran prezidentinin çıxışı, bu ölkənin nüvə proqramına münasibəti də maraqlandırdı.
BMT baş katibi Pan Gi Munun, qurumun İranda insan haqları üzrə özəl təmsilçisi Əhməd Şahidin, ABŞ prezidenti Barak Obamanın, İran hökumətinin başçısı Mahmud Əhmədinejadın çıxışları İslam Respublikasının durumunu dəyərləndirməyə imkan verən amillərdəndir.
BBC-nin məlumatına əsasən, baş katib Pan Gi Mun M.Əhmədinejadla görüşündə onu toplantıdakı çıxışına görə tənqid edib.
Xatırladaq ki, M. Əhmədinejad BMT Baş Assambleyasının sessiyasındakı çıxışında ABŞ-ı «11 sentyabr terrorundan İraq və Əfqanıstanda müharibəyə başlamaq üçün bəhanə kimi istifadə etməkdə» suçlayıb. «11 sentyabr hücumunun sirli» olduğunu iddia edən Əhmədinejad ABŞ və müttəfiqlərinin sionizmə müqəddəs bir anlayış və ideologiya kimi baxdıqlarını söyləyib.
İran prezidenti deyib ki, qərb yəhudi soyqırımını, 11 sentyabr olayını sorğulayanları sanksiyalar və hərbi hərəkatlarla təhdid edir.
Əhmədinejad dünyada iqtisadi böhrana və hərbi münaqişələrə görə ABŞ-ı, onun müttəfiqlərini qınayıb. Prezident dünya güclərini müstəmləkəyə çevirdiyi ölkələrin xalqlarına təzminat ödəməyə çağırıb: “Onlar rəsmən irqi ayrı-seçkiliyi müdafiə edirlər. Onlar ölkələri hərbi müdaxilə ilə zəiflədib ehtiyatlarına sahib çıxır, xalqları daha da asılı vəziyyətə salırlar”.
M.Əhmədinejad deyib ki, onlar uranın zənginləşdirilməsini 20 faiz səviyyəsində saxlaya bilərlər: «Ancaq bundan ötrü bizə atom stansiyasının işləməsi üçün yanacağın satılmasına təminat verilməldir».
O, beynəlxalq sanksiyaların İran iqtisadiyyatına mənfi təsirindən də danışıb: «Əlbəttə, sanksiyaların hiss ediləcək dərəcədə təsiri var. Biz heç vaxt onun səmərəsiz olmadığını deməmişik. Bununla belə o, əsas rol oynamır».
ABŞ və Avropa Birliyi ölkələri nümayəndələri İran prezidentinin çıxışı zamanı zaldan çıxıblar.
ABŞ prezidenti Barak Obama isə yığıncaqdakı çıxışında nüvə sahəsində götürdükləri öhdəliyi yerinə yetirmədikləri üçün Tehran və Pxeynanın təcridini gücləndirməyin vacibliyini vurğulayıb: «İran hakimiyyətin nüvə proqramının dinc məqsədli olduğunu nümayiş etdirə bilmir. Bununla yanaşı o, atom enerjisinin əldə edilməsində öhdəliyinə əməl etmir».
Onun sözlərinə görə, İran və Koreya Xalq Demokratik Respublikasının hakimiyyəti vədlərinə əməl etsə, xalqların rifahı gələcəkdə daha yaxşı olacaq. «Onlar beynəlxalq hüquqdan yan ötüb, fəaliyyətlərini davam etdirsələr, o zaman daha güclü təzyiq və təcridlə üzləşəcəklər» - deyə, Ağ Evin indiki yiyəsi xəbərdarlıq edib.
Beləliklə, ötən müddət ərzində nə Barak Obamanın, nə də Mahmud Əhmədinejadın çıxışlarında nəzərə çarpacaq ciddi dəyişiklik olmadı. Bu müddət ərzində əsas dəyişiklik bölgədə, Orta Şərqdə baş verib. Bu baxımdan, həmin dəyişiklərə ABŞ-ın və İranın nə dərəcədə hazırlığı başlıca məsələlərdəndir. Yaxud bölgədə davam edən yeni keyfiyyət halının bu ölkələr arasında münasibətlərin dəyişilməsinə nə dərəcədə təsir göstərəcəyi diqqətlə izlənilməkdədir.
Sədrəddin Soltan

397