Abdulla Gül: “İsrail nankordur”
Türkiyə prezidenti Abdulla Gül İsraillə yaşanan gərginliklə bağlı sualları cavablandırıb. Lent.az-ın trtazerbaycan.com saytına istinadən verdiyi məlumata görə, Abdulla Gül Türkiyənin İsrailə etdiyi yaxşılıqlara toxunaraq bu ölkəni “nankor” adlandırıb.
Türkiyə prezidenti bildirib ki, indi İsrailin düşünməsi zamanıdır: “Etdiyimiz yaxşılıqların bir qarşılığı olmur. İsrail müttəfiqlərinə belə yük olan bir ölkədir. Ona görə də bir az da onlar düşünsünlər”.
Türkiyə prezidenti İsrailin ABŞ-dan cəsarət aldığına işarə edib: “Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı mənzərəyə baxın. Öz parlamentində o reaksiyanı alması mümkün deyil”. Abdulla Gül İsrailin 4 dəfə üzr üçün Türkiyənin qapısına gəldiyini, ancaq son anda sözündən qaçdığını bildirib: “Xarici işlər nazirimiz 4 dəfə bizdən razılıq aldı, amma son anda onlar qaçdılar”.
Abdulla Gül İsraillə yalnız Türkiyənin deyil, “ərəb baharı” sayəsində bölgə ölkələrinin də əlaqələrinin dəyişməsini demokratiya-demoqrafiya anlayışı ilə izah edib: “Bir neçə yüz milyon ərəbin yaşadığı bölgədə İsrail kiçik bir ada kimidir. Ərəblər demokratiyadan kənar rejimlər tərəfindən idarə edildiyi zaman İsrailin bu liderlərlə anlaşması mümkün idi. Bizdə də İsraillə hərbi əlaqələrin nə zaman inkişaf etdirildiyinə baxın. Amma demokratiya gəlir və heç bir demokratik ölkə vətəndaşının istəyini, həssaslığını görməməzliyə vuraraq qürursuz siyasət apara bilməz. O səbəbdən İsrail qürurlu bir sülhü düşünmək məcburiyyətindədir”.

604