Ermənistanda dustaqlara qarışqa və tarakanlı yemək verilir
04 sentyabr 2011 13:57 (UTC +04:00)

Ermənistanda dustaqlara qarışqa və tarakanlı yemək verilir

Rəsmi rəqəmlər göstərir ki, 2010-cu illə müqayisədə penitensiar müəssisələrdə saxlananların sayı 2011-ci ildə 404 nəfər, həbs olunanların sayı isə 134 nəfər azalıb.

Ölkə prezidentinin respublikanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar may ayının 27-də sərəncam verib, bu sərəncama əsasən bu günə qədər azadlıqdan məhrum edilən 574 nəfər həbsdən buraxılıb, 36 nəfərin isə cəzasının yarısı bağışlanılıb.

Həbsxanalarda ictimai nəzarət həyata keçirən hüquq müdafiəçisi Artur Sakuntsunun dediyinə görə, Ermənistanda cinayət siyasəti cəzanın həyata keçirilməsi üzərində qurulub:

“Ermənistanda cinayətkarlara münasibətdə siyasət əslində insanların hüquqlarının qorunmasına və ya insan ləyaqətinə sayğıya yönəlməyib, əksinə, daha çox cəza vermək xarakteri daşıyır və insanlara qarşı yürüdülür. Bizim problemlərimiz və sistemin fəlsəfəsi də elə bu məqamdadır”.

Hüquq müdafiəçisi Artur Sakunts deyir ki, rəqəmlər həbsxanalardakı vəziyyəti daha aydın təsvir edə bilər:

“2009-cu ildə həbsxanalarda 9 ölüm hadisəsi, 2010-cu ildə isə 35 ölüm hadisəsi qeydə alınıb. 2011-ci ilin iyulun 1-ə olan göstəricilər isə 15 ölümdən xəbər verir. Bu rəqəmlər adi rəqəmlər deyil, onlar həbsxanalardakı durumu xarakterizə edir”.

Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən həbsxanalardakı ölüm hallarının araşdırması aparılmır, bununla polis məşğul olur.

A/ Sakuntsun rəhbərlik etdiyi qrup bildirir ki, Ermənistan həbsxanalarında əsas problem sıxlıqdır. Bu səbəbdən də məhbuslar üçün ventilyasiya, sanitar-gigiyena və s. baxımdan problemlər yaranır: “Nubarşen” həbsxanasında elə kameralar vardı ki 16, 18, 20 nəfər saxlanılırdı. “Vanadzor”dakı kameralarda əvvəl 4 yataq vardı, hazırda 6 yataq var. Bu rəqəm böyüyür”.

Sakuntsun qeydlərinə cavab olaraq Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar şöbəsinin İctimai Əlaqələr müdiri əvəzi Qor Qleçyan bunları deyib: “Ədliyyə naziri Hrayr Tovmasyan dəfələrlə həbsxanalarında mövcud olan problemləri qaldırıb və deyib ki, bu istiqamətdə addımlar atılır, perspektivli layihələr üzərində iş gedir, onlardan biri də “Armavir” cəzaçəkmə müəssisəsinin tikintisidir ki, bunun köməkliyi ilə həbsxanalardakı məhbus sıxlığı xeyli azalacaq”.

Hüquq müdafiəçisi Sakuntsun fikrincə, Ermənistan həbsxanalarında digər mühüm problem də tibbi xidmətdir. İctimai nəzarət qrupuna görə, ciddi və narahatedici suallardan biri məhkumların sağlamlığını təmin etmək və müəyyən xəstəlikləri müalicə etmək üçün tibbi və profilaktik tədbirlərin görülməsilə bağlıdır.

Prosedur qaydalara görə, məhkumun müalicəsi həbsxana daxilində həyata keçirilə bilmirsə və penitesiar müəssisədən kənara çıxmaq zərurəti yaranırsa, həkim penitensiar xidmətin rəisinə bu barədə bildiriş verir, rəis isə bu barədə müvafiq qərar çıxarır:

“Həbsxanadakı tibbi xidmətin rəhbəri həbsxana rəisiylə birlikdə qərar qəbul edir: bu tibbi müdaxiləni təmin edək, yoxsa yox? Bu sadə sxemdə böyük təhlükə var. Həkim məsələ qaldırırsa ki, müalicə lazımdır, onu müzakirə yox, təmin etmək lazımdır. Bizdə bu nəinki təkcə müzakirə obyektidir, hətta xəstə məhkumun həyatı üçün əhəmiyyətli olan məsələyə subyektiv yanaşmadır”.

Qor Qleçyan isə hüquq müdafiəçisinin bu fikrini təkzib edir: “Səhhətində problemləri olan, hər hansı xəstəlikdən əziyyət çəkən heç bir məhkum diqqətdən kənarda qalmır, istisna yoxdur bu məsələdə”.

Hüquq müdafiəçilərinin həbsxanalarda müşahidə etdikləri problemlər bununla məhdudlaşmır. Həbsxanalarda ictimai nəzarət şurasına konkret faktlarla edilən müraciətləri onlar Ədliyyə Nazirliyinə göndərirlər.

Sakuntsun “Nubarşen” həbsxanası barədə dediyi qeyri-insani şəraitə müxalifətçi “Ermənistan Milli Konkresi”nin 19 yaşlı fəalı Sarkis Qevorkyan özü şahid olub: “Nubarşen” həbsxanasında mən ilk dəfə 6 gün olmuşam. Həyatımda belə bir yer başqa heç yerdə görməmişəm. Elə iy bürümüşdü ki, nəfəs olmaq da mümkün deyildi. Bundan sonra məni karantin adlandırdıqları bir kameraya köçürdülər. Burda başa düşdüm ki, fobiyası olan insanlar bu kameraya salınsa, o dəqiqə ölərlər. Yemək paketlərində qarışqalar və tarakanlar rahat-rahat gəzirdilər, onlarla heç bir mübarizə aparılmırdı. Həbsxana işçiləri bunlara çox laqeyd yanaşırdılar. Gecələr isə kameralarda siçovullar var-gəl edirdilər”.

Sarkisin dediyinə görə, həbsxanada ona qarşı hər hansı zorakı hərəkətlərə heç bir cəhd olmayıb, o qeyd edir ki, cəzaçəkmə müəssisəsində məhbuslar siyasi motivlərlə ora düşənlərə daha xoş və sayğıyla yanaşırdılar.

Ədliyyə nazirliyi penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir əvəzi Qor Qleçyanın dediyinə görə, nazir həbsxanalardakı problemləri həmişə diqqətdə saxlayır və hazırda bu sahədə islahatlar proqramı həyata keçirilir: “Nazirliyə tabe olan cəzaçəkmə müəssisələrində sosial, psixoloji və hüquqi işlərlə bağlı şöbə var. Orada aparılan işləri sadəcə öz gözlərinizlə görməlisiniz. Mən iki-üç cümlə ilə görülən işlərin ciddiliyini izah edə bilmərəm. Bu çox masştablı işlərdir”.

Azadlıq radiosu
# 468

Oxşar yazılar

Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ  -VİDEO

Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ -VİDEO

18 may 2024 , 22:09
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ   - FOTO

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO

18 may 2024 , 21:59
İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25