Qəzaya düşən sürücü xəstəxanada öldü
10 dekabr 2024 22:29 (UTC +04:00)

Qəzaya düşən sürücü xəstəxanada öldü

Quba şəhəri, Vaqif küçəsində avtoqəzada ağır xəsarətlər alan sürücü Qusar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Lent.az xəbər verir ki, 3 gün öncə Quba şəhərində minik avtomobillərinin toqquşması nəticəsində Quba rayonunun Küpçal kənd sakini, 23 yaşlı Teymur Quliyev ağır xəsarətlər alıb.

O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müvafiq tibbi yardım göstərilsə də, T.Quliyevi həyatda saxlamaq mümkün olmayıb. O, müalicə aldığı Travmatologiya Şöbəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2234

Oxşar yazılar