Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR
11 dekabr 2024 13:11 (UTC +04:00)

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.

Binəqədi rayon məhkəməsinin hüquq müdafiəçisi barəsində olan qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüfət səfərov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar