Üsyançılar Əsədin evində  heyrətamiz bir şey   tapdılar - silah deyil
11 dekabr 2024 13:55 (UTC +04:00)

Üsyançılar Əsədin evində heyrətamiz bir şey tapdılar - silah deyil

Bəşər Əsəd rejiminin süqutundan sonra suriyalı üsyançılar iqamətgahında qeyri-adi bir tapıntı-qalmaqallı "Borat" filminin surətini tapıblar.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, britaniyalı aktyor və komediya ustası Saşa Baron Koen tərəfindən ərsəyə gətirilən film qazaxıstanlı jurnalist Borat Saqdiyevin ABŞ-ı səyahətindən bəhs edir. 2006-cı ildə nümayiş etdirilən film, stereotipləri, irqçilik və ksenofobiyanı ifşa edən təxribatçı yumoru ilə izləyicilərin rəğbətini qazanıb.

Maraqlıdır ki, rejimi insan haqlarını pozduğuna görə onilliklər boyu beynəlxalq tənqidlərə məruz qalan Əsəd totalitar rejimləri və absurd bürokratik sistemləri ələ salan filmi saxlayıb.

Qeyd edək ki, 2012-ci ildə Koen daha bir satirik komediya olan "Diktator"u buraxıb. Film, bəzi yerlərdə cizgiləri Əsədə bənzəyən, gücə aludə olan uydurma tiran haqqındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4038

Oxşar yazılar