Ordumuzun əsgəri silahdan açılan atəşdən öldü
10 dekabr 2024 21:48 (UTC +04:00)

Ordumuzun əsgəri silahdan açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər  Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Lent.az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

“Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin” - açıqlamada qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3852

Oxşar yazılar

Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28
Dəhşətli cinayət:  İtləri zorlayan kişilər  tutuldu

Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu

2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ:  Kişi qonaq getdiyi qadının evində öldü

Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü

2 iyun 2025 , 18:54
Oyuncaq silahla insanları qorxudan sürücü  tutuldu - VİDEO

Oyuncaq silahla insanları qorxudan sürücü tutuldu - VİDEO

2 iyun 2025 , 17:32