Diplomsuz plastik cərrahlarla bağlı 18 FAKT   aşkar edildi - RƏSMİ
11 dekabr 2024 15:00 (UTC +04:00)

Diplomsuz plastik cərrahlarla bağlı 18 FAKT aşkar edildi - RƏSMİ

Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib. 

Bunu Lent.az-ın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bildirib.

Onun sözlərinə görə, jurnalist Qənirə Ataşova tərəfindən diplomsuz plastik cərrahlarla bağlı siyahı açıqlanmazdan hələ əvvəl Prokurorluq bununla bağlı araşırmalara başlayıbmış:  

“Prokurorluq belə faktlarla bağlı mütamadi araşdırmalar aparıb və nəticəsi barədə ictimaiyyətə məlumatlar verib. Bu ilin may və yay aylarında da bu faktlarla bağlı bizə müraciətlər daxil olub. Prokurorluğa daxil olan müraciətlərin arasında Qənirə Ataşovanın açıqladığı siyahıda adları qeyd olunanlar da var”.

Saleh Hacıyev qeyd edib ki, prokurorluq tərəfindən aparılan araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak edib:

“Aparılan araşdırmalar nəticəsində qeyd olunan sahələr üzrə ciddi pozuntular aşkarlandı. Belə ki, müxtəlif şəxslərin aidiyyəti sənədləri olmadan plastik cərrahiyyədə iştirakı müəyyən edildi. Aşkar edilən 18 fakt üzrə müvafiq olaraq inzibati icraatlar başlanılıb”.

Baş Prokurorluğun rəsmisi həmçinin onu da bildirib ki, aparılan araşdırmalar zamanı Qənirə Ataşovanın açıqladığı siyahı üzrə bəzi faktlar öz təsdiqini tapmayıb:  

“Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraiti aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin, qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib.

Bütün bu hallar xəstəxana rəhbərliyi və işçi heyəti ilə müzakirə olunub.

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar

Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40
Ağdamda şirkət və rəhbəri müqaviləsiz işçilərə görə CƏRİMƏLƏNDİ

Ağdamda şirkət və rəhbəri müqaviləsiz işçilərə görə CƏRİMƏLƏNDİ

11 dekabr 2024 , 16:13
Dəvə yarış zamanı ata və qızını tapdaladı

Dəvə yarış zamanı ata və qızını tapdaladı

11 dekabr 2024 , 15:52
Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58