Keçmiş müdafiə naziri həbsxanada intihara cəhd etdi
11 dekabr 2024 11:45 (UTC +04:00)

Keçmiş müdafiə naziri həbsxanada intihara cəhd etdi

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yon Hyun təcridxanada intihara cəhd edib. Bundan sonra o, yüksək təhlükəsizlik kamerasına köçürülüb və hazırda onun həyatı üçün təhlükə yoxdur.

Lent.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

İstintaq təcridxanasının rəhbəri Şin Yonq-hae parlament dinləmələrində keçmiş nazirin intihara cəhdi barədə məlumat verib.

Kim Yong Hyun dekabrın 8-də silahlı üsyan ittihamı ilə həbs edilib. İstintaq iddia edir ki, eks-nazir hərbi vəziyyətin tətbiqini dəstəkləyib və hərbçilərin Milli Assambleyanın binasına göndərilməsi barədə göstəriş verib.

Cənubi Koreyada hərbi vəziyyət altı saat davam edib. Prezident Yoon Seok-yeol bu addımın ölkənin konstitusiya quruluşunu müxalifətin hərəkətlərindən qorumaq üçün lazım olduğunu iddia edib. Hərbçilər Seulda peyda olub və polislə toqquşmalar başlayıb. Hərbçilərin müqavimətinə baxmayaraq, Demokrat Partiyasından olan deputatlar parlament binasına daxil ola bilib və hərbi vəziyyətin ləğvinə səs veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15