Neft naziri general kimi danışır - ŞƏRH
0
0
Tehran rəsmiləri, bir qayda olaraq, iqtisadi-sosial sahələrdə mövcud olan problemləri gizlədirlər. Çıxışlarında isə atom-nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirsiz ötüşdüyünü deməkdən belə çəkinmirlər. Ancaq baş verənlər bunun əksini dəfələrlə təsdiqləyib.
Hakimiyyət nümayəndələri yalan danışmaqdan belə əl çəkmir. Ötən həftə İranın sərhəddə hasilat şelfi üzrə şirkətinin direktoru Seyfulla Hacavian bildirib ki, Küveytlə birlikdə sutkada 19 min barrel neft hasil edəcəklər.
Küveyt Neft Nazirliyinin təmsilçisi Əl Səbt bu məlumatı təkzib edib.
Xatırladaq ki, iki ölkə arasında dəniz sərhədi ilə bağlı məsələ həll olunmayıb. Mübahisəli «Dürrə» qaz yatağında 200 milyard kub metr təbii qazın olduğu iddia edilir.
Bundan başqa, İranın Küveytdəki casusluq fəaliyyətinə görə 7 milyard dollarlıq «mavi yanacaq» müqaviləsi də gerçəkləşmir. Bu anlaşmaya əsasən, İran Küveytə 25 il təbii qaz ötürməlidir.
Məlum olduğu kimi, İran iqtisadiyyatının böyük bir hissəsi, bəzi rəqəmlərə görə, 80 faizi neftdən gələn gəlirin hesabına formalaşır. Bu üzdən də hakimiyyət həmin sahəyə daha çox diqqət ayırır.
Elə İslam Respublikasının neft sənayesi naziri vəzifəsinə İnqilab Keşikçiləri Qvardiyasından general Rüstəm Qasiminin təyin edilməsi (parlamentdəki səsvermə zamanı 216 səs lehinə, 22 əleyhinə, 7 tərəfsiz olub) bunu təsdiqləyən amillərdəndir.
Düzdür, əvvəllər də bu sahəyə qvardiya nəzarət edirdi. Ancaq generalın təyinatı neft-qaz sənayesinin tam nəzarət götürüldüyünün göstəricisi sayıla bilər.
Nazir təsdiq olandan sonra R.Qasimi keçirdiyi ilk mətbuat konfransında daha çox hərbçi kimi çıxış edib. Onun sözlərinə görə, cari ildə (il martın 21-də başa çatır) İranın sərhəd bölgələrindəki neft-qaz yataqlarında (onların bir hissəsi qonşu dövlətlərin ərazisindədir) yeni axtarışlar üçün əlavə 40 milyard dollar sərmayə tələb olunur.
Söhbət körfəzdəki «Cənubi Pars» neft-qaz yatağından gedir. O ərazidə çalışan Qətər İranı qabaqlayaraq, artıq təbii qaz hasilatına başlayıb. İran yatağı isə sərmayə ucbatından demək olar ki, fəaliyyətsiz qalıb. Bu məsələ bir neçə ildir ölkənin çeşidli qurumlarında, eləcə də parlamentdə müzakirə olunub.
Onu da qeyd edək ki, hazırda İran gündə 600 milyon kub metr «mavi yanacaq» istehsal edir, bunun 37 milyon kub metri ixrac olunur. Bu üzdən də hakimiyyət «Cənubi Pars»da işləri bitirib, sutkalıq istehsalı 1,2 milyard kub metrə, xarici bazara sutkalıq ixracatı isə 250 milyon kubmetrə çatdırmağı planlaşdırır. İranlı mütəxəssislərin hesablamasına əsasən, sürəkli istifadə nəticəsində belə «Cənubi Pars»ın karbohidrogen ehtiyatı 80 ilə çatar.
«Röyter»in məlumatına əsasən, general-nazir əlavə edib: «Bu layihələrin gerçəkləşdirilməsi üçün bizim xarici podratçılara ehtiyacımızı yoxdur. Bu sahəyə uyğun olan öz mütəxəssislərimiz var».
Tehran yeni neft-qaz layihələrini gerçəkləşdirmək üçün maliyyə problemini yerli bankların, eləcə də qiymətli kağızların yerli və beynəlxalq kredit bazarında yerləşdirilməsi hesabına həll etmək niyyətindədir. Bundan başqa, bir sıra enerji layihələrinə hökumətin də pulla dəstək verəcəyi planlaşdırılıb.
Yeni nazirin qənaətincə, xarici neft şirkətlərini «İnqilab keşikçiləri qvardiyasının nəzarəti altında İranın holdinqləri (qvardiyanın «Hatəm-ül-Ənbiya» şirkəti - S.S.) əvəzləyə bilər».
O, əvvəllər qvardiyanın «Hatəm-ül-Ənbiya» adlanan sənaye istehsalı şöbəsinə başçılıq edib. ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında bu şöbənin və onun başçısının da adı var.
«Hatəm-ül-Ənbiya» qvardiyanın önəmli maliyyə qaynağıdır. O, İrandakı bütün iri dövlət layihələrinin icraçısıdır. Atom-nüvə proqramına görə, İrana qarşı beynəlxalq sanksiyalar tətbiq ediləndən sonra ölkəni tərk edən xarici neft-qaz şirkətlərini qvardiyanın bu şirkəti əvəzləyib.
General Qasimi və ölkənin başqa rəsmiləri xarici sərmayəsiz də ötüşə biləcəklərini iddialı bəyan etsələr də, indiki dünyada bunsuz heç bir ölkənin iqtisadiyyatının mövcud olmadığı hər kəsə bəllidir. Elə İran hakimiyyəti də xarici şirkətlərini ölkəyə çeşidli şirnikləndirici vədlərlə dəvət edir.
Bu günlərdə İslam Respublikasının Kütləvi İnformasiya Vasitələri (KİV) sevincək bəyan edib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, 16 xarici şirkət İranın neft və qaz sənayesi ilə əməkdaşlığı davam etdirməkdədir. Məlumata əsasən, Amerikanın Hesablama Palatası («U.S.Government Accountability Office») bildirib ki, 2011-ci ilin martına kimi 15 ay ərzində İrana sərmayə qoymuş 40 şirkətdən artıq xarici müəssisələrdən yalnız 16-sı İranın uyğun sənayesində ciddi şəkildə fəaliyyət göstərib. Onlardan ikisi («Hyundai» və «Daelim») Cənubi Koreyaya aid olduğu iddia olunur. Həmin şirkətlər ABŞ hökuməti ilə 4 milyon dollardan artıq dəyərdə müqavilə imzalayıb.
Palatanın tərtib etdiyi «qara siyahı»ya Belorusun «Belneftexima» və «Belorusneft» şirkətləri başçılıq edir. Bu qurumlar İranın neft kəşfiyyatı və hasilatı üzrə layihələrdə fəaliyyət göstərir. Sanksiyaya məruz qalacaq şirkətlərin siyahısına beloruslarla yanaşı, Hindistanın 4, Çinin 3, Cənubi Koreyanın 2, İtaliya, Xorvatiya, Avstriya, Venesuela, Cənubi Afrika Respublikası və Anqoladan bir şirkətin adı hallanır.
Palata Rusiyanın «Qazprom», Malaziyanın «Petrofild», Hindistanın «Petronet» və İtaliyanın «Teknimont» şirkətlərinin İrandakı fəaliyyətinə dair dəqiq məlumata malik olmadığını da açıqlayıb.
İran KİV 40 şirkətdən 24-nün İranı tərk etdiyi faktını təbliğat baxımından gizlədib.
Onu da nəzərə almaq lazımdır ki, ölkənin informasiya vasitələri bu xəbəri İslam Respublikasının Cənubi Koreya banklarındakı 3,8 milyard dolların qaytarılmayacağını bəyan etdikdən sonra yayıb.
Təbii ki İslam Respublikasına tətbiq edilən sanksiyaları təsirini azaldan səbəblərdən biri də bir sıra ölkələrin həmin qadağaları pozmasıdır. Palatanın açıqlaması da əslində buna xidmət edir. Ona görə də yaxın günlərdə «Böyük səkkizlərin» zirvə toplantısında bu məsələyə də toxunulacağı istisna edilmir.
Neft Nazirliyində nazir vəzifəsini icra etmiş Məhəmməd Əliabadinin yola salınması mərasimində isə prezident Mahmud Əhmədinejad İran neftindən gələn gəlirin «önəmli hissəsinin xarici quldurların cibinə getdiyini» deməklə xarici yatırıma ehtiyaclarının olmadığını nümayiş etdirməyə cəhd göstərib.
İranın yeni neft nazirinin xarici sərmayəçilərlə bağlı çıxışı İran hakimiyyətinin qanunsuz yollardan istifadə etdiyi ehtimalını söyləməyə də əsas verir. Çünki hazırda rəsmi məlumata əsasən, ölkədə inflyasiya ötən illə müqayisə də 10,1 faizdən 20, 5 faizə yüksəlib. Xarici borclar isə ötən il 14,3 milyard dollar təşikl edib. Bu il isə onun daha 500 milyon dollar artacağı gözlənilir.
Ötən gün ABŞ-ın 90 senatoru ölkə prezidenti Barak Obamaya yazdıqları məktubda İran Mərkəzi Bankına yeni sanksiyaların tətbiqini istəyiblər.
Onlar hesab edir ki, həmin yasaq maliyyə baxımından İranı iflic edəcək və neftdən əldə edəcəyi vəsaitin nağd pula çevirməsində işini çətinləşdirəcək.
«Vaşinqton post»un məlumatına əsasən, amerikalı məsulların qənaətincə, İranın bu maliyyə qurumuna sanksiyaların artırılması, Vaşinqtonun Tehran hakimiyyətinə qarşı «Ən güclü silahı» ola bilər.
Mahmud Əhmədinejadın hökumət başına gətirilməsini əslində bütövlükdə hakimiyyətə inqilab keşikçilərinin nəzarət etməsi kimi dəyərləndirmək olar. Hələ onda təhlilçilər hökumətin hərbçilərdən formalaşdığının qəti şəkildə bildirirdi. Bu baxımdan, İranda həm də elan olunmamış hərbi rejimin mövcudluğunu da söyləmək mümkündür. Həmin şərait isə hərbçilərin kimsəyə hesabat vermədən fəaliyyəti deməkdir. «Qvardiya şirkətinin bu qədər pulu haradandır» sualının cavabı da buradadır. Onda belə bir nəticəyə gəlmək olar ki, ölkədəki qaçaqmalçılığa İnqilab Keşikçiləri Qvardiyası başçılıq edir. Ona görə də bundan sonra onların neft-qaz sahəsində də qaçaqmalçılıq edəcəkləri istisna olunmur. Elə neft naziri bu kimi səbəblərdən də general kimi çıxış edib.
Əks halda xarici sərmayə olmadan, sanksiyaların tətbiq edildiyi bir rejimdə yeni neft-qaz layihələrini daxili maliyyə ehtiyatları hesabına ödəmək çox çətindir.
Sədrəddin Soltan