Meksikanın San-Pedro-Çolula şəhərində naməlum şəxs keçmiş sirk heyvanları üçün mərkəzdən xilas edilib.
Lent.a-zın xarici mediaya istinadən məlumatına görə, kişinin mərkəzə sərxoş vəziyyətdə girdiyi güman edilir. İçəri girdikdən sonra o, şir qəfəslərinə yaxınlaşıb onları açıb. Buraxılan şirlərdən ikisi dərhal kişiyə hücum edib.
Aldığı xəsarətlərə baxmayaraq, o, şirlərlə mübarizə aparıb boş qəfəslərdən birində gizlənməyi bacarıb. Lakin şirlər ətrafda gəzən bir iti öldürüblər.
Xilasedicilər qəfəsin içərisində cırıq paltarlı bir kişi tapıblar. Onu xəstəxanaya aparıblar və şirləri yerlərinə qaytarıblar. Heyvanlar kişinin qollarına və üzünə ciddi xəsarətlər yetiriblər. Polis hazırda onun şəxsiyyətini müəyyən etməyə çalışır.
Kişi ötən həftə bir qrup cinayətkarın hasarda açdığı dəlikdən müəssisəyə daxil olub. Cinayətkarlar mərkəzdən bir neçə heyvan oğurlamağa cəhd etsələr də, həbs olunublar.