İran ordusu İraqa girdi
22 iyul 2011 18:54 (UTC +04:00)

İran ordusu İraqa girdi

İran ordusu İraqa daxil olub. Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd İran-İraq sərhədlərini PKK terror təşkilatının İrandakı qolu PJAK terrorçularından təmizləməkdir. İyulun 21-dən Serdeşt şəhərində aparılan əməliyyatlarda İran İslam İnqilabını Mühafizə Korpusunun bir briqada generalı və 5 əsgəri həyatını itirib. Bundan öncə isə 1 əsgər ölüb, 3 əsgər yaralanıb.

İraq torpaqlarına 4 kilometr daxil olan İslam İnqilabını Mühafizə Korpusunun bölmələri Çoman, Hacıümnran, Pişdere, Kutaman, Berdenaz, Serdeşt, Şilo və Deşta Vezne bölgələrində PJAK-a aid çoxlu sayda düşərgə və silah anbarını məhv edib. Onlarla terrorçunu zərərsizləşdirib. İran hökuməti bölgə terrorçulardan təmizlənənə qədər əməliyyatların davam edəcəyini açıqlayıb.

Şimali İraqdakı Kürdüstan Bölgə Muxtariyyətinin rəhbərliyi isə İran ordusunun İraq torpaqlarında davam edən əməliyyatlarının və bombardmanının dayandırılması üçün mərkəzi İraq hökumətinin hərəkətə keçməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar

Gəmi yanır-Ölənlər var

Gəmi yanır-Ölənlər var

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53