Narkomafiya aləmində nüfuz sahibi olan 2 qardaş yaxalandı
İspaniya polisi Avropada fəaliyyət göstərən, narkotik vasitə qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olan böyük cinayətkar qruplaşmanı ifşa edib. Lent.az-ın “El Mundo” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya polisinə cinayətkarların saxlanılması ilə bağlı əməliyyatda İspaniya ABŞ-ın Federal Təhqiqat Bürosu və Mayami Prokurorluğu kömək edib.
İspaniyada 16, ABŞ-da 4 nəfər olmaqla, cinayətkar dəstənin 20 üzvü saxlanılıb. İspan polisinin Madriddə La-Moralex məhəlləsindəki bir evdə apardığı axtarış zamanı 25 milyon avro tapılıb. Cinayətkar qrupun Avropa və ABŞ-dakı daşınmaz əmlakları üzərində də həbs qərarı qoyulub. Bu əmlakların dəyəri 75 milyon avrodur.
“El Pais” qəzeti yazıb ki, ABŞ-da saxlanılanlar arasında cinayətkar qruplaşmanın rəhbəri, 36 yaşlı Alvaro Lopes Tardon da var. O, əvvəllər Mayami qruplaşmasını yaradıb və bu qruplaşma 1996-cı ildə ifşa olunub. Alvaro Lopes Tardon və onunla birgə saxlanılan qardaşı Artemio İspaniyaya Kolumbiyadan kokain gətirməklə məşğul olub. Onlar İspaniya polisinin Latın Amerikası ölkələrindən gələn sərnişinləri və yükləri aeroportlarda və limanlarda ciddi yoxladığını nəzərə alaraq fərqli marşrut seçiblər. Qardaşlar Avropaya gələn tranzit reyslərdən və Avropa Birliyi ölkələrinin vətəndaşlarından kuryer kimi istifadə ediblər.
Artemio Lopes Tardon İspaniyada daimi yaşayıb və kokainin satışına cavabdeh olub. O, pulları Mayamiyə göndərib və qardaşı Alvaro həmin pullara daşınmaz əmlak və bahalı maşınlar alıb. Bunların arasında olan Ford Cobra markalı 60 avtomobilin dəyəri 2 milyon avrodur. Hazırda Tardon qardaşlarını narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasına görə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

426