Suriya müxalifəti də “kölgə kabineti” qurur
13 iyul 2011 19:47 (UTC +04:00)

Suriya müxalifəti də “kölgə kabineti” qurur

Suriya müxalifətinin nümayəndəsi Heysəm Əlmah yaxında prezident Bəşir Əsədın iqtidardan gedişindən sonra ölkədə hakimiyyət boşluğu yaranmaması üçün yaxın zamanlarda “kölgə hökuməti” quracaqlarını bildirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, beynəlxalq birliyi Əsəd rejiminin zəiflədilməsi üçün siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağıran Əlmah Əsəd ailəsinin beynəlxalq məhkəmə qarşısında durmalı olduğunu da vurğulayıb.

Bu arada Almaniya da Suriyadakı rejimə qarşı çıxan ölkələr sırasına daxil olub. BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edən Almaniya “öz xalqına qarşı şiddət tətbiq edən Suriya rejiminin hərəkətlərinin qəbuledilməz” olduğunu bəyan edib. Alman rəsmilər Suriyaya qarşı sanksiyaların və ya boykotların tətbiqinə nail olmağa cəhd edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar