Əsəd tankları Humusa yeritdi
Suriya prezidenti Bəşər Əsəd hökumət əleyhinə keçirilən aksiyalara yenə sərt reaksiya verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Suriya ordusunun bölmələri dünən gecə tankların müşayiəti ilə ölkənin üçüncü ən böyük şəhəri Humus şəhərinə daxil olub.
Suriya ordusunun bölmələri 2 aydır ki, Bəşər Əsəbin xanımı Əsma Əsədin anadan olduğu Humusun ətrafında mövqe tutub. Bu, Suriya ordusunun indiyə qədər Humus şəhərində keçirdiyi ən qanlı əməliyyat sayılır. Ən azı 1 mülki şəxs öldürülüb, 20 nəfər yaralanıb. Gecə ərzində silahlar susmayıb. Çoxlu sayda insan həbs olunub.
Suriya ordusu Humusdan 50 kilometr uzaqlıqda yerləşən Hama şəhərinə də daxil olub. Çoxlu sayda insan saxlanılıb.

536