Dəməşq Ankaraya çamur atır - ŞƏRH
«MIGnews»-un məlumatına əsasən, ölkənin xarici işlər naziri Valid Müəllim Avropa dövlətlərini Suriyanın daxili işlərinə qarışmaqda suçlayıb.
Dəməşqdə keçirdiyi mətbuat konfransında diplomat deyib: «Avropa məmurları! Bizim işlərə müdaxiləni və vətəndaş savaşını körükləməyi dayandırın! Biz Avropanın dünya xəritəsində olduğunu unudacağıq. Biz Şərqdə, Şimalda və Cənubda özümüzə dostlar axtaracağıq».
Qeyd edək ki, bir neçə gün öncə Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin toplantısı keçirilib. Həmin yığıncaqda diplomatlar Suriyadakı hakimiyyət və ona bağlı firmalarla əlaqədə olan şirkətlərə qarşı sanksiyanın tətbiqinə dair qərar qəbul edilib.
Heç şübhəsiz, V.Müəllim Şərq deyəndə Çin, İran, eləcə də Taliban və əl-Qaidəni, Şimalda Rusiyanı və İraqdakı «Mehdi ordusunu», Cənub dedikdə isə Livandakı yeni hökuməti və «Hizbullah»ı nəzərdə tutur.
«Röyter» «Hizbullah» rəhbərliyinə yaxın mənbəyə istinadla bildirib ki, təşkilat qərbin Suriya hakimiyyətinə basqılarını, Bəşər Əsədin devrilməsi cəhdlərini kənardan seyr etməyəcək: «Suriyanın «Hizbullah»a etdiyi yaxşılıqların əvəzini çıxmağın vaxtı çatıb. Atəşi üzərimizə götürmək bahasına da olsa, biz müttəfiqimizə yardım etmək niyyətindəyik. Təşkilatımız Suriyanın daxili işlərinə qarışmayacaq. Prezident Əsəd daxili problemləri özü həll edə bilər. Ancaq «Hizbullah» Qərbin təzyiqləri artırdığını, onu devirməyə cəhd etdiyini görür. Ona görə də biz baş verənləri sakitcə izləməyəcəyik.
Məsələ təşkilatımızın mövcudluğu ilə bağlıdır. Bu üzdən də yaxşılığa yaxşılıqla cavab verməyin vaxtı çatıb».
«Hizbullah»ın da rahatsızlığı başa düşüləndir. Çünki Əsəd rejimi devrildiyi halda o, coğrafi anlamda böyük bir ərazidən məhrum ola bilər. Qurumdakı mənbə onu da qeyd edib ki, Dəməşqin daxili işlərinə beynəlxalq müdaxilə olacağı təqdirdə onların istənilən siyasi addımı atmağa hazır olmalarına dair Suriya qarşısında müəyyən öhdəlikləri var.
«Biz yalnız diplomatik ssenariyə hazır deyilik. Əgər rəhbərliyimiz hesab etsə ki Əsədin mövqeyi zəifləyib, onda biz hətta, İsraillə savaşa başlamağa hazırıq» - deyə, mənbə bildirib.
«Hizbullah» da İran hakimiyyəti kimi yaraqlılarının Suriya hakimiyyətinə qarşı etiraz yürüşlərinin yatırılmasında iştirak etmədiklərini bəyan etməkdədirlər.
Dəməşq rəsmiləri yürüşlərin yatırılmasında İran, Rusiya, «Hizbullah» və başqa «müttəfiqlərinin» iştiraklarını təkzib etdikləri halda müsəlman dünyasının ən demokratik dövlətini, Türkiyəni «qaralamaqdadır».
V.Müəllim bildirib ki, Türkiyə Suriyanın şimalında, o cümlədən Cirs əl-Şururdakı müxalifəti dəstəkləyir: «Bununla bağlı əlimizdə uyğun sübutlar var».
«Kol İsrail»-in məlumatına əsasən, Suriya hakimiyyətinin başqa bir nümayəndəsi isə Türkiyənin sərhəd bölgəsində yaraqlıları döyüş sursatı ilə təchiz etdiyini söyləyib.
Düzdür, rəsmi Ankara deyilənlərə münasibət bildirməyib.
Ancaq bu qarayaxmalara səbəb heç şübhəsiz, Türkiyə hökumətinin Bəşər Əsədə və onun komandasına «demokratik islahatlara başlamağı», «etirazçıların çıxışlarını zorla yatırmamağı» və başqa bu sayaq məsləhətlər verməsi olub.
Olaylar başlayan zaman Bəşər Əsədin dinc aksiyaçılara qarşı odlu silahdan atılan atəşdən ölkə vətəndaşları Türkiyəyə sığındı. Bu proses indi də davam etməkdədir. Görünür, bütün etirazları zor gücü ilə yatırmağa adətə etmiş Dəməşq rəsmiləri Ankaranın bu davranışını bəyənməyib. Maraqlıdır, Türkiyə nə etməli idi? Ona pənah gətirənləri gülləbaran edərək, Bəşər Əsəd kimi davranmalı idi?
Bu sayaq aydın düşüncə və doğru yol görünür, Dəməşqə sərf etmir. Atalar sözüdür: «Dostunu de, deyim sən kimsən!»
İllər uzunu Türkiyəyə qarşı olan qüvvələri bəsləyən Suriyadakı irsi hakimiyyətin dostları İran İslam Respublikası, Rusiya, Çin, «Hizbullah», «Həmas» və s. bu sayaq rejimlər, təşkilatlardır. Onlar bu «dəstəkləri» ilə təkcə Dəməşq hakimiyyətini deyil, daha çox öz ölkələrindəki idarəetmə üsulunun dəyişdiriləcəyindən ehtiyatlanır. Bu səbəbdən də demokratik dəyişiklik prosesinin Suriyada da ləngiməsinə çalışırlar. Həmin qüvvələr bu yolla vaxt udmaq məqsədi güdürlər. Bundan başqa, o, Rusiya, Çin və İran öz vətəndaşına silah qaldıran Bəşər Əsədə silah satır. Bu dar məqamdan yararlanaraq, çeşidli sahədə də qazanc əldə edirlər.
Valid Müəllim onu da bildirib ki, planlaşdırılmış demokratik islahatlar Suriyanı «dünyaya örnək olacaq bir dövlət halına gətirəcək».
Maraqlıdır, bu çağadək Dəməşq rejimi ölkənin durumundan xəbərsiz idi? Axı, demokratik islahatlar səsvermədən keçir. Bəşər Əsəd, V.Müəllim və Dəməşqin başqa rəsmiləri odlu silahdan atəş açdıqları vətəndaşlarından hansı üzlə səs istəyəcəklər?
Bir də bu gün hakimiyyətin bəyənmədiyi, çeşidli bəyanatlarla qınayıb, böhtan atdığı indiki müxalifət olmasa idi, əsədlərin yadına demokratiya və islahat düşərdimi?
Beynəlxalq ictimaiyyət, eləcə də Türkiyə Suriyadakı hakimiyyətdən öz vətəndaşının etirazına qulaq asıb, onun tələblərinin icrasını məsləhət görür. Bu sayaq bəyanatlar verib, xaricdən «suçlu» axtarmaq Valid Müəllim kimilərin köhnə peşəsidir. Ancaq bu üsul da köhnəlib.
Sədrəddin Soltan

472