İranın xarici işlər naziri impiçment təhlükəsi ilə üzləşdi
İranın xarici işlər naziri Əli Əkbər Salehi az əvvəl müavini təyin etdiyi Məhəmməd Şərif Malikzadənin qanunları pozduğu sübut edilərsə, onu vəzifəsindən azad edəcəyinə söz verib. Lent.az-ın “Press TV”-yə istinadən verdiyi məlumata görə, İran parlamentinin 25 deputatı xarici işlər naziri haqqında impiçmenti nəzərdə tutan sənədi imzalayıb və buna səbəb onun Məhəmməd Şərif Malikzadəni öz müavini təyin etməsidir.
Əli Əkbər Salehi parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşündə impiçmenti ilə bağlı təşəbbüsdən xəbər tutub. Xarici işlər naziri etiraf edib ki, keçmişdə cinayət əməlinə görə mühakimə olunmuş şəxsin diplomatik qurumda çalışması ölkənin maraqlarına uyğun deyil. O vurğulayıb ki, əgər Məhəmməd Şərif Malikzadənin qanunları pozduğu təsdiqi taparsa, onu vəzifəsindən azad edəcək.

444