İranın atom proqramını nə durdura bilər? - ŞƏRH
Düzdür, beynəlxalq ictimaiyyətin tələbi əsasında bir sıra dövlətlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməni dəstələməklə yanaşı, müstəqil şəkildə özləri də İrana qarşı sanksiyalar yeridirlər.
BBC rus xidmətinin məlumatına əsasən, ABŞ Maliyyə Nazirliyinin təmsilçisi Devid Koen Yaponiya və Cənubi Koreyaya səfər edəcək. O, rəsmi Tokio və Seulla İrana qarşı yeni qadağaların tətbiqinə dair məsələnin müzakirəsinə başlayacaq.
İndiyə qədər nüvə proqramını dayandırmadığına görə BMT Təhlükəsizlik Şurası İslam Respublikasına qarşı 6 qətnamə qəbul edib. Həmin sənədlərdə Tehran hakimiyyətinə qarşı iqtisadi və siyasi yasaqlar nəzərdə tutulub.
Apreldə isə D.Koen Türkiyədə səfərdə olmuşdu. O, yerli iş adamları ilə görüşü zamanı bildirmişdi ki, əgər türkiyəli sahibkarlar İran kimi dövlətlərlə ticarət əlaqəsi qurarlarsa, onda onlar ABŞ-ın maliyyə sisteminə girmək imkanını itirəcəklər.
İsrail baş nazirinin müavini Dan Meridor İran qarşı sanksiyaların tətbiqi ilə bağlı bunları söyləyib: «İrana qarşı iqtisadi və siyasi təzyiqlər günü-gündən güclənərsə, o zaman sanksiyaların səmərəsi olar».
Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukia Amano ilə görüşündə o, təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb: “İran nüvə proqramına görə hər gün itirdiyi pullara nəzər yetirməlidir. Onlar bilməlidir ki, mövcud durum xeyirlərinə deyil”.
Yeri gəlmişkən, İsrail rəsmiləri İrana qarşı sanksiyaların sərtləşdirilməsindən danışsalar da özləri Tehran hakimiyyətinə qarşı ciddi sanksiya qəbul etməyib. ABŞ “Ofer Brothers” şirkətlər qrupuna qarşı sanksiya tətbiq edəndən sonra məlum oldu ki, yəhudi iş adamları İranla ciddi ticarət əlaqəsi qurub. Həmin hadisənin ardınca İsrail parlamenti İslam Respublikası ilə əməkdaşlıq edən şirkəti 1,46 milyon dollar məbləğində cərimə, müəssisənin rəhbərini isə bir il müddətinə azadlıqdan məhrum edəcəyi haqda qərar qəbul edib.
İran prezidenti Mahmud Əhmədinejad ötən gün bildirib ki, ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çindən ibarət “altılıq”ın heç bir şərti danışıqların gündəliyinə çıxarıla bilməz. Onun sözlərinə görə, Tehran hakimiyyəti atom-nüvə proqramını bundan sonra da davam etdirəcək.
İran rəhbərliyinin atom nüvə proqramı ilə bağlı israrlı və inadlı davranışı bəzilərinin daha ciddi narahatlığına səbəb olub. Onlar hesab edir ki, aviazərbələr (nüvə obyektlərini havadan bombalanması) belə Tehranın nüvə proqramını dayandıra bilməyəcək.
“RAND” adlı araşdırma mərkəzinin mütəxəssisi Qreqori Consun sözlərinə görə, İran hakimiyyəti atom bombası əldə etməyə indiki qədər yaxın olmayıb.
“Uranı bu sürəklə zənginləşdirərsə, o zaman yaxın 8 həftəyə Tehran ilk bombasını əldə edəcək. Bəzi mərhələdə nüvə proqramını inkişafında uğursuzluq uğradıqlarını bildirsələr də İran rejimi inadla bombaya sarı irəliləyir” - deyə, Cons söyləyib.
O, indiki şəraitdə İslam Respublikasının atom-nüvə proqramını dayandırmaq üçün İrana qarşı quru əməliyyatlarına başlamağı təklif edib: “Hava zərbələri artıq yetərli səmərəni verməyəcək. Gerçəklik budur – ABŞ və İsrail İranı nüvə başlığı hazırlamasına mane ola bilmədi”.
Onun sözlərinə görə, İslam Respublikası ilə danışıqlar siyasətinin nəticə vermədiyinin qəbul edilməsi zamanıdır: “Tehran istehsal etdiyi 38,3 kq uranı 19,7 faizə qədər zənginləşdirib. Sentrifuqalar əvvəlik güclə işləyərsə, o halda İran rəhbərliyi yaxın iki ayda 90 faizədək zənginləşdirilmiş 20 kq urana istehsal edəcək. Bu isə nüvə başlıqları istehsalı üçün yetərlidir”.
Bu sayaq mülahizələr az deyil. Fakt İran hakimiyyətinin atom-nüvə proqramı ilə bağlı inadlı və hikkəli davranışıdır. Bundan başqa qonşu ölkələrdə, əsasən Suriyada Bəşər Əsəd rejimini cidd-cəhdlə dəstəkləməsi İslam Respublikasına qarşı quru hərbi əməliyyatların başlaması ehtimalını azaltmır. Çünki hər kəsə aydındır ki, Dəməşqdəki hakimiyyət Tehrana sərf edir. Əsədlərin sülalə rejimi bölgədə elə güclü və qüdrətli sayılmır. Onlar İranın və bölgədə islam adı altında fəaliyyət göstərən HƏMAS, “Hizbullah” kimi silahlı qrupları dəstəkləməklə tarazlıq yaratmağa səy göstərir. Amma Bəşər rejimini İran rəhbərliyinin idarə etdiyi də istisna olunmur. Bu baxımdan, İran hakimiyyətini durdurmaq üçün ilk növbədə onun başqa dövlətlərdəki əl-qolu bağlanmalıdır. Bunlardan biri Suriyadır. Fikrimizcə, yaxın zamanlarda Suriyada rejimin dəyişməsi İranın atom-nüvə proqramına da ciddi zərbə vura bilər…
Sədrəddin Soltan

664