Türkiyədə seçki qadağaları başladı
02 iyun 2011 17:01 (UTC +04:00)

Türkiyədə seçki qadağaları başladı

Türkiyənin Ali Seçki Qurumu təbliğat kampaniyasının iyunun 11-də, saat 18:00-da başa çatacağını, seçki qadağasının 12 iyun, saat 24:00-a qədər davam edəcəyini açıqlayıb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, səsvermə günündən öncəki 10-cu günün sabahından, yəni bu gündən etibarən təbliğat müddətində seçki komissiyaları tərəfindən göstərilən yerlər istisna olmaqla, açıq və qapalı məkanlarda kütləvi təbliğat aparılmayacaq. Namizədlər və partiyalar özlərini tanıdan broşurlar və əl elanları istisna olmaqla, hər hansı hədiyyə və başqa təbliğat materialı yaymayacaq və yaydıra bilməyəcək. 10 günlük müddət içərisində ictimai rəy sorğuları, proqnozlar, yazılı, sözlü və görüntülü media vasitəsilə namizədlərin və siyasi partiyaların lehinə və əleyhinə təbliğat aparılmayacaq.

Təbliğat xarakterli əl elanları və digər çap materiallarının üzərində Türkiyə bayrağı və dini işarələr olmayacaq. Siyasi partiyaların və namizədlərin çıxışlarında türkcə danışması əsas olacaq. Baş nazir, nazirlər, millət vəkilləri və namizədlərin seçki təbliğatı ilə bağlı səfərlərinə heç bir məmur qatıla bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar