Fidel Kastronun vətənində tarixin yeni dönəmi
18 aprel 2011 20:39 (UTC +04:00)

Fidel Kastronun vətənində tarixin yeni dönəmi

Kubada da islahatlar başlayıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Kubanın əfsanəvi lideri Fidel Kastronun xəstələnməsindən sonra prezident səlahiyyətlərini icra edən qardaşı oğlu Raul Kastro Kommunist Partiyasının konqresində islahatlardan danışıb.

Raul Kastro prezidentlik müddətinin 10 illə məhdudlaşdırılmasını təklif edib. Bu təklif Kommunist Partiyasının qurultayında qəbul edilərsə, Raul Kastro 7 il sonra hakimiyyətdən getməli olacaq. Raul Kastro çıxışında özəl mülkiyyət məsələsinə toxunub və bununla bağlı ona çoxlu təklif gəldiyini bildirib. Ancaq Raul Kastro özəl mülkiyyət hüququna icazə verməyəcəklərini bəyan edib.
Qeyd edək ki, 2008-ci ildə prezident səlahiyyətlərini yerinə yetirməyə başlayan Raul Kastro kubalıların öz işlərini qurmalarına, ev kirayələmələrinə və işçi çalışdırmalarına icazə verərək ciddi islahatlara imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar