Qəddafi: “Hirslənər və bütün ölkəni dağıdaram...”
Liviya prezidenti Müəmmər Qəddafi Zavia şəhərində xalqa müraciət edib. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi ölkədə baş verən olayları “əl-Qaidə” terror təşkilatı tərəfindən təşkil olunduğun söyləyib.
O, həmin şəxslərin ABŞ tərəfindən də axtarılan terrorçular sırasında olduğunu bildirib: “Mən hakimiyyəti 1977-ci ildə xalqa təhvil vermişəm. Ancaq indi ölkəni qarışdıran “əl-Qaidə”dir. Evlərinizdən çıxın, övladlarınızla danışın. Bacılarımızın, ziyalıların məsuliyyəti var. Uşaqlarınızın əlindən silahı alın, onları küçələrdən götürün”.
Müəmmər Qəddafi bölgələrdə xalqı yerli komitələr qurmağa çağırıb: “Bu gün uşaqlarınız “əl-Qaidə”nin, narkotik vasitələrin təsiri altında polis şöbələrinə hücum çəkirlər. Bu gün Liviyada bu hücumları təşkil edən Üsamə bin Ladeninmi nəzarətində olmaq istəyirsiniz?”
Liviya prezidenti vurğulayıb ki, ölkədə bu durum davam etsə, neft ixracı dayanacaq: “Son zamanlar ölkədə ciddi iqtisadi inkişaf müşahidə olunurdu. İnsanlar üçün evlər tikilirdi, ərzaq məhsullarının qiyməti ucuzlaşırdı. Ancaq neft ixracı dayanarsa, nə baş verəcək? İraqa, Əfqanıstana baxın, həmin proseslər bu gün Pakistanda da baş verir. “Əl-Qaidə” bu ölkələrdən sonra indi də Liviyada uşaqlarımızı yoldan çıxarır”.
Müəmmər Qəddafi sonda isə hədəyə keçib: “Mənim ümidlərimi heç etməyin. Yoxsa çox hirslənər və bütün ölkəni dağıdaram”.

494