Sərxoş gənclər dünya çempionunu öldürdülər
18 fevral 2011 15:48 (UTC +04:00)

Sərxoş gənclər dünya çempionunu öldürdülər

Lent.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, 52 yaşlı Qruzdevin meyiti Berezovski şəhərindəki şəxsi mənzilindən tapılıb. Onun meyitini hər gün evinə gələn anası görüb. Qruzdev əl-ayağı bağlı və başı yarılmış halda döşəməyə uzanmış vəziyyətdə olub. Təcili həyata keçirilən əməliyyat axtarışları nəticəsində qatillər tapılıb. Onlar əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Artyom K. və 1992-ci il təvəllüdlü Nikolay B olub. Hər iki şəxs qətl törətdiklərini boyunlarına alıb və həbs olunub.


Araşdırmalar nəticəsində məlum olub ki, gənclər fevralın 15-də spirtli içki qəbul ediblər. Sonra onlar qəlyanaltı üçün Qruzdevin evinə pəncərədən tullanıblar. Həmin vaxt ev sahibi yatırmış. Oğrular bir parça ət, xiyar bankası və qol saatı götürüblər. Oğurluq etdikdən sonra cinayətkarlar gizləniblər. Lakin bir müddət keçmiş onlar qərara alıblar ki, ağırlıqqaldıranın evində pul və qiymətli əşyalar da tapıla bilər. Bu səbəbdən, oğrular evə qayıdıblar. Onlar idmançının qollarını bağlayıblar və qiymətli əşyaların yerini deməsini tələb edərək, taxta ilə başına zərbələr endiriblər. Qruzdev aldığı zərbələrdən keçinib. Sonradan canilər bildiriblər ki, ağırlıqqaldıranı ölənədək döymək fikirləri olmayıb. Sadəcə, onun belə tezliklə ölə biləcəyini nəzərə almayıblar.


Faktla bağlı “oğurluq” və “Ehtiyatsızlıqdan insan ölümünə səbəb olan sağlamlığa bilərəkdən ağır zərər yetirilməsi” maddələri ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar