İranda PKK terrorçusu edam edildi
Suriyada da terrorçulara ağır cəzalar verilir
PKK terror təşkilatına qarşı əməliyyatların fasiləsiz davam etdirildiyi İran və Suriyada ələ keçən terrorçulara ağır cəzalar verilir.
Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, İranın Sənandac həbsxanasında saxlanan İhsan İsmail Fettahyan keçən həftə elə bu həbsxanada edam edilib.
Hələ həbsxanada saxlanılan və edama məhkum edilən Enver Hüseyin Penahi, Ferzad Kemanger, Ferhad Vekili, Eli Heyderiyan, Erselan Evliyayi, Hebibullah Letifi, İhsan Fetahiyan, Fesih Yasemini, Rustem Arkiya, Şerko Maarfi, Ferhat Çalış, Enver Rostemi, Şakir Baki və Ramazan Ahmet adlı PKK üzvləri də yaxın günlərdə edam olunacaqlar.
2009-cu ilin əvvəlində Suriyanın Qamışlı və Kobeni bölgələrində həyata keçirilən əməliyyatlar zamanı yaxalanan 4 terrorçunun məhkəməsi də başa çatıb. Terror təşkilatının üzvü olduqları, zorla pul topladıqları, uşaq qaçırdıqları, Suriya torpaqlarının bir hissəsini başqa bir ölkəyə birləşdirmək istədikləri və kürdləri dövlət əleyhinə qiyama qaldırmağa çalışdıqları üçün onlar 7-10 il azadlıqdan məhrum ediliblər.

Oxşar yazılar

Bu ölkədə gəmi batdı, 150-yə yaxın ölü var
19 aprel 2025 , 13:48
Çobanlar 17 nəfəri öldürdü
19 aprel 2025 , 13:11
İlk dəfə insan heyvanlar üçün təhlükəli xəstəliyə yoluxdu
19 aprel 2025 , 12:50
Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqi açıqlandı
19 aprel 2025 , 07:49
Son dəqiqə: ABŞ bu ölkədən çəkilir
19 aprel 2025 , 02:43
Trampın hövsələsi daralır: ABŞ Ukrayna böhranının həllindən əl çəkəcək
18 aprel 2025 , 22:16
Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 , 13:58