Sonu görünməyən tunellər
Əvvəlki yazılarda Əfqanıstandakı Salanq tuneli barədə sizləri məlumatlandırmışdıq. İndi isə Lent.az sizə dünyanın ən dərin və ən uzun iki tunelini təqdim edir. Yazı fransız mənbələri əsasında tərtib olunub.
Norveçin qərbində yerləşən Lardal tuneli hal hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.
Dünyanın ən uzun dəmir yol tuneli isə Yaponiyada yerləşir. Uzunluğu 53.85 km olan Seikan tuneli bir neçə adanı birləşdirir və tunelin 23 kilometri dəniz altından keçir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seikan liderliyi İsveçin Qotard tunelinin açılışına qədər qoruya biləcək. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Tunelin ideyası 30 il əvvəl verilib.
Vüqar Ələsgərov

Oxşar yazılar

Bu ölkədə gəmi batdı, 150-yə yaxın ölü var
19 aprel 2025 , 13:48
Çobanlar 17 nəfəri öldürdü
19 aprel 2025 , 13:11
İlk dəfə insan heyvanlar üçün təhlükəli xəstəliyə yoluxdu
19 aprel 2025 , 12:50
Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqi açıqlandı
19 aprel 2025 , 07:49
Son dəqiqə: ABŞ bu ölkədən çəkilir
19 aprel 2025 , 02:43
Trampın hövsələsi daralır: ABŞ Ukrayna böhranının həllindən əl çəkəcək
18 aprel 2025 , 22:16
Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 , 13:58