Şizofreniya xəstəsi 2 qardaşının başını kəsib
Türkiyənin Kırıkkale yaşayış qəsəbəsində dəhşətli hadisə baş verib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, şizofreniya xəstələri olan 32 yaşlı Ayhan, 35 yaşlı Əli və 38 yaşlı Vahid Narin qardaşları Kırıkalenin Səlim Özər məhəlləsindəki evdə birgə yaşayıblar. Anaları isə onlar tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün ayrı yaşayırmış.
Dünən axşam saatlarında məhəllədə avtomobil təkəri ilə oynayan qardaşlar sonra evə gediblər və qonşuların verdiyi yeməyi yeyərək yatıblar. Gecə saat 02:00 radələrində Ayhan qalxıb və artıq yuxuda olan qardaşları Əli və Vahidi müxtəlif yerlərindən bıçaqlamağa başlayıb. Daha sonra qardaşlarının başını kəsib.
Bir müddət sonra o, polisə gedib və böyük qardaşlarını öldürdüyünü bildirib.
Qeyd edək ki, 10 ildir ki, xəstə qardaşların bütün ehtiyaclarını Hasan Bekdemir adlı xeyirxah bir insan qarşılayıb. O bildirib ki, bu qardaşların anası qorxudan evdə yaşamayıb, ana da qonşularla birlikdə evə gedib, təmizlik işlərini gördükdən sonra çıxıb.

Oxşar yazılar

Bu ölkədə gəmi batdı, 150-yə yaxın ölü var
19 aprel 2025 , 13:48
Çobanlar 17 nəfəri öldürdü
19 aprel 2025 , 13:11
İlk dəfə insan heyvanlar üçün təhlükəli xəstəliyə yoluxdu
19 aprel 2025 , 12:50
Prezidentliyinin birinci rübünün sonunda Trampın reytinqi açıqlandı
19 aprel 2025 , 07:49
Son dəqiqə: ABŞ bu ölkədən çəkilir
19 aprel 2025 , 02:43
Trampın hövsələsi daralır: ABŞ Ukrayna böhranının həllindən əl çəkəcək
18 aprel 2025 , 22:16
Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 , 13:58