Türkiyə şəriət dövlətinə çevrilir
Məhkəmə qadının bakirə olmasını ailə qurmaq üçün şərt saydı
Türkiyədə Apellyasiya Məhkəməsinin 2007-ci ildə çıxardığı bir qərar son günlər əsas müzakirə mövzusu olub və cəmiyyətdə ciddi mübahisələrə yol açıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 2007-ci ildə Boluda ailə quran cütlük ilk gecədən sonra boşanmağa qərar veriblər.
Kişi evləndiyi xanım bakirə çıxmadığı üçün boşanmaqla bağlı məhkəməyə müraciət edir. Qadın isə Boluda xəstəxanalardan birindən bakirə olduğu barədə arayış alır. O da arayışı əlinə alaraq ərindən boşanmaq üçün məhkəməyə üz tutur. Bu iki iş Bolu Ailə Məhkəməsində birləşdirilir. Kişinin iddiası rədd edilir, ancaq qadının iddiası qəbul edilir və cütlüyün boşanması barədə qərar verilir.
Kişi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi kişini haqlı sayır. Məhkəmənin qərarında yazılır ki, qadının zifaf gecəsi bakirə çıxmadığını toplanan dəlillər ortaya qoyur və evlənən qadında olması gərəkən bakirəlik olmadığı üçün kişinin iddiası əsaslıdır. Buna görə də Apellyasiya Məhkəməsi Bolu Ailə Məhkəməsinin qərarını ləğv edir və kişinin boşanma ilə bağlı iddiası qəbul olunur.
Bu qərara məhkəmənin 5 hakimindən 3-ü səs verib. Digər iki hakim isə qadının xəstəxanadan bakirəliklə bağlı aldığı arayışın nəzərə alınmasını zəruri sayıb. Ancaq qərardan narazı iki hakimlin də rəyindən görünür ki, onlar da bakirəliyin evlilikdə əsas şərt olduğunu qəbul edir, sadəcə, qadının arayışına görə qərara səs verməyiblər.
Apellyasiya Məhkəməsi bu qərarını Türk Mədəni Qanununun evliliyin pozulmasına səbəb yaradan hallarla bağlı 149-cu maddəsinin 2 bəndi ilə əsaslandırıb.

Oxşar yazılar

Maliyyə naziri Maskın gözünün altını göyərtdi
8 iyun 2025 , 04:18
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı - YENİLƏNİB
8 iyun 2025 , 01:14
Ukrayna Rusiya qatarını vurdu - 13 tank və yüzdən çox zirehli texnika....
7 iyun 2025 , 23:30
Ölkənin ən gözəl qızı toyu ərəfəsində öldü
7 iyun 2025 , 19:25
Əfqanıstan mediasında canlıların təsviri qadağan olundu
7 iyun 2025 , 11:03
Dünyanın ən hündür dəmiryolu körpüsü açıldı
7 iyun 2025 , 10:05
94 xəstəni zorlayan ginekoloqa HÖKM OXUNDU
7 iyun 2025 , 09:25