Yazıçıoğlunun ölümündə “Qurdlar Vadisi” ssenarisi
05 noyabr 2009 18:00 (UTC +04:00)

Yazıçıoğlunun ölümündə “Qurdlar Vadisi” ssenarisi

Vertolyotun kənardan idarə olunaraq qəzaya uğradılması yönündə parlament komissiyası araşdırmaya başladı

Məşhur “Qurdlar Vadisi” teleserialının bölümlərindən birində türk kəşfiyyatının rəhbər şəxslərindən biri olan Doğu Əşrəfoğlunun vertolyotu xarici qüvvələr tərəfindən uçuş zamanı qəzaya uğradılır. Böyük Birlik Partiyasının (BBP) sədri, millət vəkili Möhsün Yazıçıoğlu və partiyadaşlarının həlak olduğu vertolyot qəzası ilə bağlı da artıq belə bir versiya gündəmə gəlib.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən yaydığı məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Araşdırma Komissiyası dünəndən qəza ilə bağlı bir versiyanın araşdırılmasına başlayıb.


Komissiya üzvləri dünən sürpriz bir şəkildə BBP rəhbərliyinin istəyi ilə usta pilot Volkan Sürməli ilə görüşüblər. Volkan Sürməli deyib ki, bir radar məmuru qəza günü vertolyotun 6 dərəcə meylli bir şəkildə uçduğunu və bunun radarlarda əksini tapdığını söyləyib. Volkan Sürməli bildirib ki, heç bir usta pilot heç vaxt 6 dərəcə meylli bir şəkildə vertolyotu idarə etməz.

O, bu səbəbdən vertolyotun kənardan idarə edilib-edilmədiyinin araşdırılması gərəkdiyini zəruri sayıb.

Parlamentin Araşdırma Komissiyası gələn həftənin birinci günü “Esenboğa” aeroportunda araşdırma aparacaq, həmin görüntünü incələyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar