Şimal qonşumuzda “donuz qripi”nə yoluxanların sayı 1000-ə çatdı
29 oktyabr 2009 16:00 (UTC +04:00)

Şimal qonşumuzda “donuz qripi”nə yoluxanların sayı 1000-ə çatdı

Rusiyada 4-cü xəstə ölüb

Rusiyada donuz qripinə yoluxan insanların sayı 1000-ə çatıb.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, bu, laboratoriyada müayinə zamanı AH1N1 virusuna yoluxduqları təsdiqlənən insanların sayıdır və bu gün Rusiyada daha çox sayda insanın donuz qripinə yoluxduğu istisna edilmir.

Qeyd edək ki, bu gün Rusiyada donuz qripindən ölənlərin sayı 4-ə çatıb. Bu gün ölən şəxs Krasnoyarsk sakini olan və ağır vəziyyətdə xəstəxanaya gətirilən bir qadındır.
# 1372

Oxşar yazılar