Türkiyənin Cümhuriyyət elan olunmasından 86 il ötür
Bu gün Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli günlərindən biri – Respublika Günüdür.
Lent.az-ın məlumatına görə, 1923-cü il oktyabrın 29-da Türkiyə rəsmən Cümhuriyyət (Respublika) elan olunub.
Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında ölkənin yunan, ingilis, fransız, italyan, erməni və gürcü qoşunlarının işğalından azad edib.
Əslində Türkiyə Cümhuriyyətinin yaranması tarixini 1920-ci ildən də hesablamaq olar: Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) toplanır, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü TBMM-in başqanı seçir. Elə bununla da Atatürkün rəhbərliyi ilə qurtuluş mücadiləsi başlayır. İnönüdə, Sakaryada, Dumlupınarda savaşan türk əsgəri Türkiyənin ərazi bütövlüyünü qoruya bilir. 1923-cü ilin bu günü isə Türkiyə Cümhuriyyəti rəsmən elan edilir. Mustafa Kamal Atatürk bu Cümhuriyyətin ilk prezidenti olur.
Ölkənin dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bu günü dünyada yaşayan bütün türklər qeyd edir.
Bu bayram Azərbaycanda da müxtəlif tədbirlərlə qeyd olunur.

956