“Əl Cəzirə” “Cine 5”i aldı
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, “Əl Cəzirə” keçən il “Cine 5”i almaq üçün fevralın 1-də keçirilən tenderdə 21 milyon dollar təklif edib. Ancaq bu rəqəm satış üçün müəyyənləşən 40 milyon dollardan az olduğu üçün təklif qəbul edilməyib. “Əl Cəzirə” bazarlıq mərhələsində qiyməti əvvəlcə 30, sonra 35, ən sonda isə 40,5 milyon dollara çıxarıb. Beləliklə, “Cine 5” rəsmən “Əl Cəzirə”nin kanalı olub.
Ərəbcə “ada” demək olan “Əl Cəzirə” Qətər əmirinin 150 milyon dollarlıq dəstəyi ilə 1996-cı ildə qurulub. İlk zamanlarda yalnız ərəb dünyasına aid aktual xəbərlər verən kanal bu gün tematik kanalları ilə birlikdə böyük bir şəbəkəyə çevrilib. Kanal 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonra məşhurlaşmağa başlayıb.

Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31