Ərəb Dövlətləri Liqasının baş katibi Misir prezidenti olmaq istəyir
04 fevral 2011 16:49 (UTC +04:00)

Ərəb Dövlətləri Liqasının baş katibi Misir prezidenti olmaq istəyir

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Əmir Musa deyib ki, Hüsnü Mübarəkin səlahiyyət müddəti başa çatana qədər prezident postunda qalacağını gözləyir.

Bununla belə, o, Hüsnü Mübarəkin qeyri-adi hadisə və xaos səbəbindən başqa addım ata biləcəyini də istisna etməyib. Əmir Musa hesab edir ki, indiki situasiyada tezliklə prezident seçkiləri təşkil etmək mümkün deyil. Ərəb Dövlətləri Liqasının baş katibi Misirdə qurula biləcək keçid hökumətində iştirakını da istisna etməyib.

Əmir Musa onu da qeyd edib ki, keçid hökumətində mütləq Müsəlman Qardaşları Hərəkatının təmsilçiləri də daxil edilməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar