Yanukoviçin və Ali Radanın səlahiyyət müddəti 1 il artırıldı
Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsinə 350 deputatdan 310-u səs verib.
Konstitusiyaya dəyişikliyi hakim Regionlar Partiyasının 180, “Yuliya Timoşenko Bloku-Batkivşina”nın 7, “Bizim Ukrayna-Xalq Özünümüdafiə” Blokunun 41, Kommunist Partiyasının 25, Xalq Partiyasının (keçmiş Litvin bloku - red.) 20 deputatı dəstəkləyib. Paralel olaraq yerli özünüidarəetmə orqanlarının deputatlarının da səlahiyyət müddəti 5 ilə qədər artırılıb.
Beləliklə, Konstitusiyaya düzəlişin qəbul edilməsi Ali Radanın və prezident Viktor Yanukoviçin səlahiyyət müddətini 1 il artırıb. Ukraynada növbəti parlament seçkiləri 2012-ci ilin oktyabrının son bazar günündə, prezident seçkiləri 2015-ci ilin mart ayının son bazar günündə keçiriləcək.

575