Avropanın ortasında güclü qadın biləyi... - HEKAYƏT
Onunla beynəlxalq tədbirlərin birində tanış olmuşdum. Xorvatiyanın ilk qadın baş naziri Yadranka Kosorla (Jadranka Kosor) ayaqüstü söhbətimiz çox maraqlı və səmimi alınmışdı. İki keçmiş jurnalistin söhbəti, deyəsən, tutmuşdu… Xanım Kosor da siyasi karyerasına başlamazdan əvvəl uzun müddət jurnalist işləyib. Keçmiş həmkarımın bu qədər böyük uğurları sözün həqiqi mənasında hörmətə layiqdir və onu böyük uğurlarına görə təbrik etməyi də təbii ki, yaddan çıxarmadım. Azərbaycandan, Xorvatiyadan, Avropada baş verən proseslərdən və təbii ki, qadınların hüquqlarından, cəmiyyətdə qadının rolunun artmasının vacibliyi ətrafında söhbətlər edirdik. Elə ilk baxışdan insanda güclü, iradəli, qətiyyətli, ağıllı bir lider fikrini formalaşdırır Yadranka Kosor…
Amerikanın “Glamour” jurnali 2010-cu ildə onu “ilin qadını” elan edib. O, bu ada layiq görülən 18 qadından biri olub. Jurnal, xüsusilə onun korrupsiyaya, zorakılığa, gender stereotiplərinə qarşı sərt və amansız mübarizəsini xüsusi qeyd edib.
Yadranka Kosor 1953-cü ilin iyulun 1-də Pakraçda anadan olub. Burada gimnaziya, Lipikdə isə orta təhsil alıb. O, Zaqreb Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1972-ci ildən jurnalist fəaliyyətinə başlayıb. “Veçerni List”də və Zaqreb radiosunda jurnalist işləyib.
Xovatiyanın Azadlıq uğrunda Müharibəsi Yadrankanın həyatında dərin iz qoyur. Radio jurnalisti kimi o, müharibədə baş verənləri, qaçqınların və müharibədə əlil olmuş veteranların problemlərini işıqlandırırdı. Həmin dövrdə xanım Kosor, həmçinin bir müddət BBC kanalının müxbiri kimi çalışır. O, Xorvatiya Jurnalist Assosiasiyası tərəfindən media fəaliyyətinə görə, Avropa ictimaiyyətindən isə humanist fəaliyyətinə görə ödüllərə layıq görülüb.
Yadranka Kosor 4 kitabın müəllifidir. Onlardan ikisi şeirlər kitabı, digər ikisi isə Xorvatiya azadlıq mübarizəsinə həsr olunmuş kitablardır. Bu kitablar onu, iç dünyasını, düşüncə və arzularını görməyə imkan verir! O, eyni zamanda gözəl bir anadır, xanım Baş nazirin Lovro adlı bir oğlu var.
Jurnalistikadan baş nazirliyə gedən yol!
Yadranka Kosorun siyasi karyerası 1995-ci ildən başlayıb. O, 1995-ci ildə Xorvatiya Demokratik Birliyinin (XDB) üzvü kimi Xorvatiya parlamentinin deputatı seçilir. Amma parlamentin sıravi üzvü olmur. Yadranka Kosor 2000-ci ilə qədər Xorvatiya parlamentinin sədr müavini vəzifəsini də tutur.
O, həmçinin 1995-1997-ci illərdə Xorvatiya Demokratik Birliyinin də sədr müavini postunu tutur ki, bu da onun karyera yüksəlişində önəmli rol oynayır. Xanım Kosor eyni zamanda 1999-cu ildən 2002-ci ilə kimi XDB-nin Qadınlar Assosiasiyasının da prezidenti olur. 2002-ci ildən isə Yadranka Kosorun karyerasında növbəti yüksəliş mərhələsi başlayır. O, partiya sədrinin I müavini postunu tutur.
2003-cü ildə XDB-nin hakimiyyətə gəlməsi ilə onun siyasi karyerasında dönüş nöqtəsi olur. O, İvo Sanaderin hökumətində Ailə, Veteranlar və Nəsillərarası Həmrəylik naziri olmaqla yanaşı Baş nazir müavini postuna da təyin olunur. Bu vəzifələr onun növbəti siyasi karyera yüksəlişində önəmli rol oynayır. O, öz fəaliyyəti və işi ilə Xorvatiya cəmiyyətinə sözün əsil mənasında nəyə qadir olduğunu göstərə bilir!
Bu illər ərzində Yadranka Kosorun Xorvatiya Demokratik Birliyi daxilində də nüfuzu çox artmışdı. XDB 2005-ci il Prezident seçkilərində onun namizədliyini irəli sürür. Mübarizə gərgin keçir. Ancaq seçkilərin ikinci turunda Yadranka Kosor rəqibi – o zamankı prezident Stepan Mesiçə uduzur. Lakin ruhdan düşmür. Onu yeni mübarizələr gözləyirdi…
2009-cu ilin iyulun 1-də Xorvatiyanın Baş naziri və XDB-nin sədri İvo Sanader istefaya gedən zaman bəyan edir ki, öz postuna əvəzedici kimi Kosoru görür. Kosor isə buna öz münasibətini bildirərək “Mən həm hökuməti, həm də partiyanı güclü qadın biləyi ilə idarə edəcəm” deyir. Və öz fəaliyyəti ilə dediyi sözü tutur!
Müstəqil Xorvatiyanın ilk qadın Baş naziri
Xorvatiya prezidenti Stepan Mesiç Yadranka Kosora yeni koalisiya hökumətinin yaradılması barədə tapşırıq verməsinin həmən ardınca (2009-cu ilin iyulun 3-də) o, Baş nazir səlahiyyətlərini icra etməyə başlayır. Xanım Kosor demək olar ki, yeni hökumətdə heç bir dəyişiklik etmir. Bu bir tərəfdən hadisələrin sürətli gedişindən, digər tərəfdən hökumətdə təmsil olunanların tam əksəriyyətinin zatən onunla siyasi həmfikir olmasından qaynaqlanırdı.
İyulun 4-də XDB-nin sədrinin boş qalmış kreslosu artıq onu gözləyirdi. Bu dəfə əvəzedici kimi yox, bilavasitə sədr kimi. İyulun 6-da isə Xorvatiya Parlamentində keçirilən səsvermədə 153 deputatdan 83-nün səsini qazanaraq Yadranka Kosor ölkənin ilk qadın baş naziri kimi adını TARİXƏ yazdı!
Yadranka Kosor Xorvatiya tarixində hökumətə rəhbərlik edən 3-cü qadındır. Müstəqil Xorvatiyanın qurulmasından sonra isə o, bu posta seçilən ilk qadın baş nazirdir!
Söz verdi, iş gördü, ad qazandı
O, hökumətinin proqramını açıqlayarkən prioritetləri konkret olaraq ifadə edilmiş (müəyyənləşmiş) oldu. Belə ki, makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın sağlamlaşdırılması, iqtisadi böhrandan çıxış üçün şərtlərin yaradılması; eləcə də korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə; səhiyyə, ədalət mühakiməsi və ictimai idarəetmə sahələrində islahatların aparılması xanım Baş nazirin üstünlük verdiyi sahələrdir. Yadranka Kosor veteranların, 45 yaşdan yuxarı işsiz qadınların, zorakılıq qurbanlarının maraqlarını müdafiə edəcəyi barədə də ictimaiyyətə verdiyi vədlər əməli fəaliyyət sahəsinə çevrilirdi. Onun bu istiqamətdə fəaliyyətinin müsbət nəticələri artıq Xorvatiyada açıq-aydın görünür. O, əsas diqqətini ölkəsini iqtisadi böhrandan ağrısız çıxarmağa, iqtisadi inkişafına yönəldib. Amma onun prioritetləri arasında bir çox digər məsələlər də var…
Avropa Birliyinə doğru!
Onun əsas məqsədlərindən biri Xorvatiyanın Avropa Birliyinə daxil olmasıdır. Yadranka Kosor Xorvatiyanın inkişafı və təhlükəsizliyi üçün Avropa Birliyinə daxil olmasını vacib sayır və ölkəsinin bu quruma daxil olması istiqamətində yorulmadan çalışır. Çünki Avropa Birliyinə gedən yol bir sıra ağrılı problemlərin həllindən keçir. Nəticələr isə yaxşıdır. Avropa Birliyinin komissarı, xanım Kosorun başçılıq etdiyi Xorvatiya hökumətinin korrupsiyaya qarşı mübarizədə uğurlarını, keçmiş Yuqoslaviya üzrə beynəlxalq məhkəmədə əməkdaşlığını və Sloveniya başda olmaqla qonşu dövlətlərlə ərazi mübahisələrini (problemlərini) həll etməsini ölkənin Birliyə üzvlüyü yolunda ciddi nailiyyət olaraq dəyərləndirib. Bu dəyərləndirmə, heç şübhəsiz, ilk növbədə Xorvatiya hökumətinin qadın başçısının işgüzarlığının, uğurlu siyasi kursunun, bacarıqlı rəhbər özəlliklərinin, diplomat keyfiyyətlərinin təzahürü (məhsulu) kimi diqqəti cəlb edir.
Müzakirə: Mübahisədən mükaliməyə
Yadranka Kosor hakimiyyətə gəldikdən həmən sonra ölkəsi ilə qonşu Sloveniya arasında 18 ildir davam edən sərhəd mübahisəsinin həll olunması ilə bağlı bu ölkənin başçısı Borut Paşor ilə razılıq əldə etdi. İki ölkə arasında müzakirələr Sloveniyanın Xorvatiyanın Avropa Birliyinə daxil olması üçün danışıqlara mane olmasından sonra başladı. Yadranka Kosor isə bu əngəli ortadan qaldırmaq üçün Sloveniya ilə sərhəd mübahisələrinin həlli istiqamətində səylərini sürətləndirdi və bununla da ölkəsinin Avropa Birliyinə gedən yolunu tamamilə açmış oldu.
Yadranka Kosor ölkəsinin maraqları naminə bütün ölkələrlə əməkdaşlığı daha da genişləndirmək istiqamətində addımlar atır. Məsələn o, Rusiyaya səfər edərək Xorvatiyanın “Güney axını” qaz layihəsinə qoşulmasını da təmin etdi. Rusiya ilə Xorvatiya arasında hökumətlərarası sazişin Kosorun ölkəsi üçün iqtisadi cəhətdən nə qədər vacib olduğu, necə önəm daşıdığı onun rəqiblərinə də bəllidir…
Öncə partiyanın içi, sonra çölü...
O, qətiyyətliliyi, prinsipiallığı ilə tanınır. Məsələn, Kosorun, keçmiş Baş nazir, keçmiş partiya sədri İvo Sanaderanın partiya sıralarından çıxarılacağı barədə qərarı bu baxımdan səciyyəvidir. Buna səbəb keçmiş Baş nazirin Kosoru kəskin tənqid edərək partiyada lider çatışmadığını və aktiv siyasətə geri qayıdacağını elan etməsi oldu. Kosor Sanaderanın bu cür açıqlamalarının partiyaya, şəxsən onun özünün işgüzar nüfuzuna (imicinə) zərbə vurduğunu, ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyərək qəbul edilən qərarın doğru olduğunu vurğulayıb. Sanki o bu hərəkəti ilə deyirdi: “Cənab Sanader! Sədrlər passiv olmur, təmkinli olur! Buyur, heç təmkinli də olmur, prinsipial olur. Gəlməmişdən gedə bilərsiz!”
Vaxtı ilə o özünü, partiyasını yuxarı aparırdı, indi ölkəsini aparmağa çalışır: Daha Üstün Gələcəyə!
O, ağıllı Qadın, yaxşı Ana, uğurlu Rəhbərdir.
O, yeni Avropa tipli siyasətçidir.
O, Baş nazir iqamətgahından Zaqrebə, Zaqrebdən Xorvatiyaya, Xorvatiyadan Avropaya, Avropa Birliyinə baxır! Bu baxış sonunda bütün dünya ilə qovuşur.
O, bu gün də öz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Ölkəsi üçün, xalqı üçün yorulmadan çalışır və ən əsası minlərlə gənc qadına, qıza ən gözəl örnəklərdən biri olmaqda davam edir. Arxasınca yeni bir cığır açır….
O, artıq adını təkcə ölkəsinin deyil, dünyanın TARİXİNƏ yazmağa nail olub! İllər keçəcək, nə zamansa siyasət meydanındakı fəaliyyəti də bitəcək amma o unudulmayacaq. Çünki Yadranka Kosor artıq adını dünyanın ən uğurlu və bacarıqla QADINlarından biri, özü də LİDER QADINlarından biri kimi TARİXƏ yazmağı bacarıb! Uğurlar Sizə, əziz keçmiş jurnalist həmkarım!

767