Moskvada ruslarla qafqazlıların toqquşması gözlənilir
Moskvanın Manej meydanına çoxlu sayda xüsusi təyinatlı milis əməkdaşları gətirilib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb rusiyalı futbol azarkeşləri ilə Qafqaz əsilli şəxslər arasında toqquşmanın gözlənilməsi barədə yayılan xəbərlərdir.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tərəflər kütləvi davanın vaxtını saat 18:00-a (Bakı vaxtı ilə 19:00) təyin ediblər. Moskva Şəhər Daxili İşlər İdarəsi vətəndaşları qanunsuz aksiyada iştirak etməməyə çağırıb.
Qeyd edək ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabardin-Balkar əsilli şəxsi tərəfindən öldürüldüyü bildirilən “Spartak” futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.

Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20