Təsadüfi boşanma
02 noyabr 2010 14:32 (UTC +04:00)

Təsadüfi boşanma

Lent.az-ın “The Daily Telegrahp” qəzetinə istinadən verdiyi məlumata görə, ər “Skype”də xanımı ilə söhbət edərkən 3 dəfə zarafatla “talak” sözünü işlədib.

“Talak” isə ərəb dilində “mən səninlə boşanıram” deməkdir. Ancaq nə ər, nə də arvadın reallıqda nikahlarını pozmaq niyyətləri olmayıblar. Bununla belə, islam qanunlarına görə, əgər ər 3 dəfə boşanma sözünü təkrarlayarsa, cütlüklər arasındakı nikah pozulur.

Məzəli ər xanımı ilə ikinci dəfə evlənmək üçün isə gözləməlidir. Çünki islam qanunlarına görə, onun sevimli xanımı öncə başqa bir kişiyə ərə getməli, daha sonra boşanaraq yenidən onunla nikaha girməlidir.

Xanımını sevdiyini, ikisinin də bu vəziyyətdən çıxmaq üçün yol axtardığını bildirən kişinin şəriət məhkəməsinə müraciəti də nəticəsiz qalıb. Şəriət məhkəməsinin fətfasına görə, qadın mütləq başqa kişi ilə nikaha girib, boşandıqdan sonra sevimli ərinin yanına qayıda bilər. Bütün bu proses isə ən azı yarım il aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar