Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qumara qurşanıb!
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuriy Xaçaturovun mövqeyi zəifləyir. Lent.az-ın Ermənistanın “Çorrord inkişxanutyun” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Baş Qərargah rəisinin qumara qurşanmasıdır.
Qəzet yazır ki, hər dəfə Yuriy Xaçaturovun qumarda böyük miqdarda pul uduzması barədə xəbər eşidəndə qeyzlənən müdafiə naziri Seyran Ohanyan qışqıraraq deyir ki, “Ermənistan ordusunda acınacaqlı durumun mövcud olmasının səbəbi budur”.
Müdafiə naziri məhz bu səbəbdən Baş Qərargah rəisinin oğlunun korpus komandirinin müavini postundan istefaya göndərib. Məqsəd Yuriy Xaçaturovu təcrid olunmuş vəziyyətə salmaqdır. Hazırda Baş Qərargah rəisinin bir çox səlahiyyətləri Seyran Ohanyana tabe olan generallar arasında bölüşdürülüb. Bu yolla müdafiə naziri vəziyyətə nəzarəti ələ almaq istəyir.
Ancaq məsələ ondadır ki, Ermənistanda az əvvəl qəbul olunmuş qanuna görə, bu ölkədə ordunun faktiki rəhbəri - birinci şəxs Baş Qərargah rəisidir, müdafiə naziri isə mülki postdur. Bununla belə, oğlunun korpus komandirinin müavini postundan uzaqlaşdırılması Yuriy Xaçaturovun Seyran Ohanyan tərəfindən əlacsız duruma salınmaqda olduğunu təsdiqləyir...

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57